Bu gün bankomatlar nağd pulların qəbulu və verilməsi üçün sadəcə qurğu ola bilməzlər. Öz müasir proqram təminatlarının sayəsində özünəxidmət qurğuları bankların müştərilərlə, həmçinin bu maliyyə təşkilatlarının qeyri-müştərilərlə distansion qarşılıqlı əlaqəsi üçün mükəmməl kanala çevrilirlər.
İxtisaslaşdırılmış PT bütün növ ödənişlərin, cərimələrin, vergilərin, alış-veriş ödənişlərinin qəbulu, valyuta mübadiləsi və s. kimi əlavə funksiyaları terminallarda həyata keçirməyə, həmçinin cihaz istifadəçilərinə müxtəlif bank və tərəfdaş məhsulları və xidmətlərini təklif etməyə, o cümlədən rabitənin interaktiv qayıdış formalarının istifadəsinə imkan verir. Beləliklə, maliyyə təşkilatları yalnız öz müştəriləri ilə tam şəxsiləşdirilmiş ünsiyyət qurmurlar, həm də özünəxidmət kanallarına qoyulan investisiyaları (sərmayələri) qaytarmaq imkanı əldə edirlər.
Eyni zamanda bankomat istifadəçiləri özünəxidmət qurğularında bank xidmətlərindən istifadə etmək imkanı əldə edirlər. Bu bankın müştərilərinin loyallığının artmasına kömək edir, yeni müştərilərin cəlb olunmasına yardım göstərir, bank şöbələrinin iş yükünü azaldır, bank xidmətlərinin avtomatlaşdırılmasına imkan verir və maliyyə təşkilatına hesabatlılıq və analitikanın rahat alətlərini təqdim edir.
Özünəxidmət qurğularında əlavə funksionallığı təmin edən proqram həlləri terminal şəbəkə infrastrukturunda cüzi əlavə sərmayələr zamanı özünəxidmət kanalını yalnız inkişaf etdirməyə deyil, həm də monetləşdirməyə imkan yaradır, çünki onlar bir sıra xidmətlərin aparlmasına görə komissiyanın tutulması imkanı təqdim edir. Komissiyanın həcmi seçilmiş terminal qrupu üçün, həmçinin insan axınının yerləşmə yerindən asılı olaraq vayrı-ayrı qurğular üçün müəyyən edilə bilər. Beləliklə terminal şəbəkənin sahibi öz terminal parkında qazanmaq imkanını əldə edir.
Özünəxidmət qurğularının standart funksionallığının genişləndirilməsi onların istifadəçilərin, o cümlədən maliyyə təşkilatının müştəriləri olmayan istifadəçilərin arasında polulyarlığının və tələbatın artmasına kömək edir. Lakin özünəxidmətin distansion kanallarını inkişaf etdirərək və əvvəllər yalnız şöbələrdə mümkün olan xidmətləri orada təqdim edərək, banklar müştərilərlə fərdiləşdirilmiş qarşılıqlı əlaqə kəsirləri ilə rastlaşırlar. İxtisaslaşdırılmış PT terminal istifadəçilərinə nəinki fərdiləşdirilmiş məhsulları və xidmətləri təklif etməyə , həm də onlar haqqında əlavə məlumat toplamağa, yeni müştəriləri, o cümlədən cihazları vasitəsilə cəlb etməyə imkan verir.
Ümumi rəqəmləşdirmə və müştərilərin davranışının dəyişdirilməsi banklardan öz inkişaf strategiyalarının yenidən dərk edilməsini tələb edirlər. Klassik filialların rolu dəyişir: bu gün istifadəçilər onlar üçün rahat vxtda və rahat yerdə və şöbənin iş saatlarından asılı olmayaraq maliyyə xidmətlərini ldə etmək istəyirlər.
Müştərilərin bu yeni gözləntilərini doğrultmaq üçün, banklar nəinki öz rəqəmsal imkanlarını genişləndirməlidir, həm də qarşılıqlı əlaqəli rəqəmsal və şəxsi kanalları birləşdirən çoxkanallı təklif təqdim etməlidir.
Özünəxidmət qurğularının funksionallığının genişləndirilməsi üçün proqram həlləri istifdəçilərə digər qarşılıqlı əlaqə kanalları (bank filiallarında, mobil və internet bankçılıq vasitəsilə) olduğu kimi terminallarda da yeni xidmətləri təklif etmək imkanı verir və bununla da omnikanal xidmət konsepsiyasını həyata keçirməyə və maliyyə qurumu müştərilərinin gözləntilərini qarşılamaq imkanı verir.
Zəhmət olmasa formanı doldurun və bizim ekspertlərimiz qısa zamanda siznən əlaqə saxlayacaqlar..
Qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
Bu səhifəni oxumağa üçün, istədiyiniz dili seçin.
Bu səhifəni oxumağa üçün, istədiyiniz dili seçin.
Abunə olmaq üçün bu formanı doldurun.
Qısa zamanda sizinlə əlaqə saxlayacağıq.