BS/2 Azərbaycan səlahiyyətli SUNMI tərəfdaşı kimi bazarda mövqeyini gücləndirir
BS/2 Azərbaycan SUNMI-nin səlahiyyətli xidmət tərəfdaşı sertifikatı alıb. Bu status BS/2 Azerbaijan və Shanghai SUNMI Technology Co., Ltd arasında yüksək etimad və etibarlı tərəfdaşlığın təsdiqidir.
İndi şirkət Azərbaycan bazarında SUNMI cihazlarını təqdim etmək və onlara xidmət göstərmək üçün eksklüziv hüquqlara malikdir ki, bu da xidmətlərin çeşidini genişləndirmək və regionda mövqeyini möhkəmləndirmək üçün yeni imkanlar açır.
2024-cü ilin may ayında BS/2 və ASHBURN International-ın daxil olduğu Penki Kontinentai Group Şanxayda SUNMI rəhbərliyi ilə strategiya görüşü keçirdi. Nümayəndə heyətinə BS/2-nin törəmə müəssisələrinin rəhbərləri daxil idi. İştirakçılar arasında BS/2 Azerbaijan şirkətinin direktoru İlqar Həsənov da olub. Danışıqlar zamanı tərəflər birgə planları müzakirə edib və şirkətlər arasında tərəfdaşlığı əhəmiyyətli dərəcədə gücləndirən mühüm razılaşmalar əldə ediblər.
Çində keçirilən görüş SUNMI ilə işgüzar əlaqələrin inkişafında mühüm rol oynayıb. Şəxsi ünsiyyət və strateji məqsədlərin müzakirəsi qarşılıqlı anlaşmanı gücləndirdi və məhsuldar əməkdaşlığın əsasını qoydu.
İlqar Həsənov, BS/2 Azerbaijan direktoru:
SUNMI rəsmi xidmət partnyoru sertifikatının əldə edilməsi bir sıra əhəmiyyətli faydalar təmin edir. BS/2 Azerbaijan yerli bazarda Android əsaslı EFTPOS terminallarının aktiv təşviqini davam etdirə biləcək. Bundan əlavə, yeni status BS/2 törəmə müəssisəsinə SUNMI ödəniş cihazlarına xidmət və dəstək üçün eksklüziv hüquqlar verir. Beləliklə, şirkət tərəfdaşın yeni məhsul və texnologiyalarına üstünlük əldə edir.
Əməkdaşlıq çərçivəsində BS/2 Azərbaycan texniki mütəxəssisləri SUNMI xətti cihazlarına xidmət üzrə ixtisaslı təlimlər keçiblər. Təlim iştirakçıları peşəkar bacarıqlarını təsdiq edən SUNMI Care Service Qualification sertifikatları aldılar.
Bu günə qədər Azərbaycanda şirkət SUNMI ilə birlikdə bir neçə iri layihələri uğurla həyata keçirib.
Ölkənin yeddi aparıcı bankı artıq öz işlərində SUNMI P2 cihazlarından istifadə edir. Hazırda BS/2-nin Azərbaycandakı törəmə müəssisəsi 7500-ə yaxın ekvayring avadanlıqa xidmət göstərir. Bu cihazlar hərtərəfli EFTPOS terminal şəbəkəsinin idarə edilməsi və tranzaksiya yönləndirmə platforması olan TransLink.iQ-ə qoşulub. Ödənişlərin öz serverlərində qəbulu və emalı iki ekvayinq bank, Azericard prosessinq mərkəzi və Bakıdakı BS/2 ofisi tərəfindən həyata keçirilir.
BS/2 Azərbaycanın yeni tərəfdaşlarından biri – fiskal operatoru OneClick. Tərəfdaş üçün birgə layihə çərçivəsində BS/2 və ASHBURN International mütəxəssisləri SUNMI P2 SE terminallarında “3-ü 1-də” funksiyasını quraşdırırlar.
Müasir SUNMI ödəniş terminallarının Azərbaycan bazarında peyda olması bank və ticarət sektorunda yüksək marağa səbəb olub. Satıcılar çox vaxt ödəniş əməliyyatlarını həyata keçirmək üçün iki və ya hətta üç cihazdan istifadə etməyə məcbur olurlar. “3-ü 1-də” həlli əlavə avadanlıq ehtiyacını aradan qaldırır. İndi ödəniş cihazı, kassa aparatı və fiskal registrator funksiyalarını yerinə yetirən bir terminalın olması kifayətdir.
Hazırda BS/2 Azərbaycan kompleks məhsulu, o cümlədən nəzarət-kassa aparatının proqram təminatı, ödəniş tətbiqi və fiskalizasiyanı bazara çıxarmaq üçün nəzarət-kassa aparatı həlləri təchizatçılarını fəal şəkildə axtarır.
Cavid Rəhimov, BS/2 Azərbaycan POS terminallarına xidmət şöbəsinin müdiri:
Vergi orqanlarının tələblərinə uyğun olaraq avadanlıqların sertifikatlaşdırılması prosesi çox vaxt mürəkkəb və uzun olur. Buna görə də, kassa aparatı, ödəniş terminalı və fiskal cihazın funksiyalarını birləşdirən hazır “3-ü 1-də” həllər getdikcə daha çox tələb olunur. Şirkətimiz SUNMI P3 Mix modelinin Azərbaycanda tətbiqində böyük perspektivlər görür. Bu, fırlanan stenddə çoxfunksiyalı planşet terminalıdır. Cihazdan istifadə edərək siz sifariş qəbul edə, məhsulları skan edə, kart ödənişlərini emal edə və qəbzləri çap edə bilərsiniz. Erqonomik dizayn və müasir proqram təminatı SUNMI P3 Mix-i kiçik və orta biznes üçün istifadəni mümkün qədər asanlaşdırır.
SUNMI məhsul xəttinə təkcə ödəniş terminalları deyil, həm də müxtəlif biznes proseslərinin avtomatlaşdırılması üçün geniş çeşidli avadanlıqlar daxildir. Azərbaycandakı digər BS/2 tərəfdaşı Bravo hipermarketlər şəbəkəsi malların uçotunu avtomatlaşdırmaq üçün 600 SUNMI L2H terminalı aldə edib. Bu qurğular inventarları dəqiq idarə etməyə, inventar proseslərini optimallaşdırmağa və malların uçotunda səhvləri minimuma endirməyə imkan verir.
Yaxın gələcəkdə BS/2 Azərbaycan pərakəndə satış, ictimai iaşə və nəqliyyat sektorlarında SUNMI həllərini tətbiq etməklə məhsul və xidmətlərin siyahısını genişləndirməyi planlaşdırır.