Bankomatlar parkının idarə edilməsi

Terminal şəbəkənin birinci dərəcəli məsələrindən biri – öz qurğular parkının fasiləsiz işinin təmin edilməsi və terminalların: bankomatların, ödəniş köşklərinin, avtomatlaşdırılmış depozit maşınlarının əlçatanlığının optimal göstəriilərinə nail olmaqdır. European Financial Management Association (EFMA) hesabatına müvafiq olaraq, bank xidmətlərinin 39.5% hesab edirlər ki, bankomat örtükləri və qurğularının ümumi əlverişliyi bank seçimi zamanı başlıca amildir. Beləliklə, texniki nasazlıq və ya hər hansı digər səbəblərdən terminalın dayanmasının hər dəqiqəsi maliyyə təşkilatı üçün yalnız narazı müştərilər deyil, həm də maliyyə itkilərini bildirir.

Terminalların əlverişliyinin məqsədli göstəricilərini əldə etmək üçün təşkilatlar iş proseslərinin optimallaşdırılması və şəbəkə xidmətinə xərclərin azaldılması yolu ilə gedirlər. Lakin proseslərin və xərclərin optimallaşdırılması yalnız qurğular parkının sabit və fasiləsiz işinin təşkilindən sonra məna daşıyır.

Diebold Nixdorf məlumatlarına müvafiq olaraq, texniki problemlərin 10-dan 9-u bankomatın mexaniki nasazlığı ilə əlaqədar olmur və servis mühəndisinin gəlməsi zərurəti olmadan həll edilə bilir. Eyni zamanda bankomatlar parkının inzibatçısının vəzifələrindən 75% avtomatik rejimdə icra oluna bilir. Beləliklə, terminal şəbəkənin sahibinin həll etməsi vacib olan əsas problemlər – işin proaktiv monitorinqinin və mümkün olduğu hallarda özünəxidmət qurğularının distansion xidmətini təmin etməkdir. Bu problemləri həlli bankomatlar parkının idarə edilməsi üçün ixtisaslaşdırılmış PT köməyi ilə mümkündür.

Optimallaşdırma sahələri

Terminal qurğuları parkının fəaliyyətinin təmin edilməsinə əsaslı xərclər

Terminal qurğular parkının işinin dəstəklənməsi üçün əməliyyat xərcləri

Qurğular parkının inkişafı (PT və funksionallıq)

Özünəxidmət qurğularının texniki əlverişliyi

Xidmət sabitliyi

Terminal qurğular parkının əlverişlilik göstəriciləri

Xidmətin müştərilərin gözləntilərinə və vərdişlərinə uyğunluğu

Anlaşılmamazlıqların idarə edilməsi prosesinin avtomatlaşdırılması

Özünəxidmət qurğularının işinin monitorinqi

Özünəxidmət qurğularının dayanmasının hər dəqiqəsi bank üçün maliyyə və etibarın itirilməsini bildirir. Real zaman rejimində terminalların işinin kompleks monitorinqi terminal şəbəkənin inzibatlığının və xidmətinin qiymətini əhəmiyyətli dərəcədə azaldır, terminalların dayanma müddətini azaldır, müxtəlif texniki problemləri vaxtında aşkar etməyə, məhdudlaşdırlmağa və həll etməyə kömək edir. Bütün bunlar maliyyə təşkilatına özünəxidmət qurğuları şəbəkəsinin işin effektivliyini və gəlirliyini artırmağa imkan yaradır.

Terminalların proqram təminatlarının avtomatik idarə edilməsi

Hər dəfə bankomat sıradan çıxdığı zaman və ya bu və ya digər səbəbdən öz işini dayandırdığı zaman terminal şəbəkənin sahibi nasazlığın səbəbini aşkar etmək və aradan qaldırmaq üçün servis personalını qurğunun yanına göndərməlidir.

İxtisaslaşdırılmış PT nəinki özünəxidmət qurğularının işinin diaqnostikasını məsafədən aparmağa, həm də müəyyən qrup qurğular üçün yenilənmə paketlərini avtomatik işə salmağa, zəruri hallarda terminalların yenidən yüklənməsini icra etməyə imkan yaradır. Həmçinin o, proqram təminatının işi ilə bağlı əksəriyyət nlaşılmamazlıqların əmələ gəlməsi səbəblərini tapmağa, və onları distansion həll etməyə imkan verir, bu isə qurğuların servis xidmətlərinin xərclərini azaldır.

Özünəxidmət qurğularının təhlükəsizliyi

Bankomatlar və digər özünəxidmət bank qurğuları dələduzların və cnayətkarların diqqətini həmişə cəlb edir. Bankomatlara məntiqi və fiziki həmlələrin sayı ilbəil artır, banklar öz terminal şəbəkələrinin təhlükəsizliyinin qorunması üçün böyük miüdarda resurslar sərf etmək məcburiyyətindədir.

Real zaman rejimində özünəxidmət qurğularının vəziyyətinin monitorinqi və onların işlərinin məsafədən idarə edilməsi terminalların təhlükəsizliyinin yüksək səviyyəsini təmin edir, onları bir sıra dələduzluq hərəkətlərindən müdaiə edir. Belə ki, ixtisaslaşdırılmış PT terminallarda avtivirus PT distansion quraşdırmağa və yenilənməyə, həm də sındırılma təhlükəsi zamanı terminalların işini verilmiş ssenariyə müvafiq dayandırmağa imkan yaradır.

Terminal qurğuları parkına xidmət

PCI DSS ödəniş kartları sənayesinin məlumatlarının təhlükəsizlik standartları hadisələrin elektron jurnalları (logs) qeydiyyatdan keçməsini, xətaların və şübhəli hadisələrin olmasının müntəzəm yoxlanışını tələb edir. Bu zaman məlumatların toplanması, saxlanması və təhlili (hadisələr haqqında informasiya) yalnız təhlükəsizlik üçün deyil, həm də iş proseslərinin optimallaşdırılması üçün vacibdir, çünki toplanmış məlumatlara əsasən terminal parkın sahibi biznesin sonrakı inkişafının strategiyasını planlaşdıra bilər.

Avtomatlaşdırmanın və təhlil vasitələrinin tətbiq edilməsi vasitəsilə müxtəlif mənbələrdən toplanan məlumatların mərkəzləşdirilməsi servis təşkilatının işinin keyfiyyətin yüksək səviyyəsini, artıq mövcud olan biznes-proseslərin nəzərə alınması ilə əməliyyat məsələlərinin informasiya dəstəyini təmin edə bilir – nəticədə öxünəxidmət qurğularının bütün parkının əlverişliyinin yüksək (və ya məqsədli) göstəricilərinə nail ola bilir.

Üstünlüklər

Özünəxidmət qurğularının fasiləsiz işinin təmin edilməsi

Əmələ gələn nasazlıqların operatix qaydada aradan qaldırılması

Özünəxidmət qurğularının əlverişliyinin artırılması

Terminal qurğular parkına xərclərin azaldılması

Terminal parkına sahiblik qiymətinin azaldılması

Əməliyyat proseslərinin optimallaşdırılması

Əlaqədar məhsullar

Bizim layihələrimiz

Xəbərlər

Abunə ol