ATMeye.iQ

ATMeye.iQ, video nəzarət və video analitik sistemləri, bir sıra xüsusi fiziki zərbəyə qarşı sensorlar, antiskimming cihazlar və digər xarici qurğulardan istifadə edərək ATM təhlükəsizliyi üçün hərtərəfli bir platformadır.

Platforma özünəxidmət cihazının yaxınlığında baş verən bütün hadisələrin gecə-gündüz məsafədən izlənməsini təmin edir. Bu, özünəxidmət cihazlarının saxtakarlıq və vandalizmə qarşı riskini azaltmağa xidmət edir və müştərilərlə mübahisəli məsələlərin həllinə köməklik göstərir.

ATMeye.iQ çözümü PCI PA-DSS (ingiliscə: Payment Application Data Security Standard) ödəmə tətbiqilərinin təhlükəsizlik standartlarının tələblərinə cavab verir və dəfələrlə müxtəlif beynəlxalq mükafatlara layiq görülmüşdür.

Məhsul kartı

Üstünlüklər

Bankomatların təhlükəsizliyin təmin edilməsi

Özünəxidmət cihazlarına fiziki hücumların qarşısının alınması

Bankomatların monitorinqi

İş resursların optimallaşdırılması

Terminal şəbəkəsinin dəstək xidmətinin optimallaşdırılması

Müştərilərlə olan mübahisəli vəziyyətlərin həll edilməsi

Funksional imkanlar

Hadisələrin foto və video çəkilişi

Hər hansı bir əməliyyat zamanı istifadəçinin və onun hərəkətlərinin foto və video çəkilişləri qeyd edilir. Bu zaman aparılan hər bir əməliyyatı və ya özünəxidmət zonasının bilavasitə əhatəsində baş verən hadisəni ətraflı şəkildə bərpa etməyə kömək edir.

Fotoşəkilləri və videoları aparılan əməliyyat və ya başqa bir hadisə ilə əlaqələndirmək

Bütün foto və video materiallar avtomatik olaraq ATM-də əməliyyat və ya hadisə ilə əlaqələndirilir. Bu zaman baş verən insidentin (hadisənin) hesabatını tərtib etmək üçün vaxtın əhəmiyyətli dərəcədə optimallaşdırılmasına və daha rahat axtarışa nail olunur.

Məsafədən kameraların vəziyyətinin tənzimlənməsi və yoxlanılması

Bankomat kamerasının xarab olması, qəsdən zədələnməsi və ya bağlanması halında sistem təhlükəsizlik xidməti əməkdaşına həyəcan bildirişi (siqnalı) göndərir. Bu zaman çəkiliş rejimi hər bir terminal üçün məsafədən tənzimlənə bilər.

Sensorların işə düşmısi barədə proaktiv signallar

Qaz, istilik, zərbə və ya hərəkət sensorlarının işə düşməsi barədə signallar anında bankın məsul əməkdaşına bildirilir və hadisəyə operativ reaksiya verilməsini təmin etməyə imkan yaradır.

Antiskimming cihazlardan siqnalın alınması

Antiskimming çözümləri ilə inteqrasiya, bankomata kənar cihazın quraşdırılması cəhdi barədə anında məlumat almağa imkan yaradır və terminalın avtomatik olaraq istismardan çıxarılmasını təmin edir.

Bankomatdaki fayllara uzaq məsafədən giriş

Çözüm etibarlı rabitə kanallarından istifadə edərək, terminaldan foto və elektron jurnalları göndərməyə, lazımi proqram təminatını yeniləməyə, mediafayları və digər materialları yükləməyə imkan verir.

Bankomatların mərkəzləşdirilmiş idarə olunması

Çözüm, bir-birinə qoşulmuş özünəxidmət cihazlarının iş vəziyyətini idarə etmək üçün təməl alətləri təqdim edir, bunun nəticəsində bankomat və ya ödəmə köşkünün işlək vəziyyətə gətirilməsi, həmçinin söndürülməsi və ya yenidən çalışdırılması baş tutur.

Nümunə tanıma və biometriya sistemindən istifadə

Bankomatlarda quraşdırılmış portret kameralar bank müştərilərinin və maliyyə qurumunun qara siyahısında olan şəxslərin müəyyənləşdirilməsi prosesini həyata keçirməyə imkan verir. Üz tanıma funksiyası xidmət işçilərinə və inkassatorlara avtorizasiya üçün tətbiq edilə bilər.

Çözümlərin təqdim etmə formatları

Fərdi sistem

Müştəri proqram təminatı paketini və periferik avadanlıqlar komplektini öz mülkiyyəti olaraq satın alır.

Çözümün kirayəsi

Müştəri lazımi proqram komponentlərini və avadanlıqlarını icarə hüququ əsasında istifadə edir.

Təhlükəsizliyin monitorinq xidməti

Müştəri çözüm satın almadan hadisə və insidentlərlə bağlı hesabatların tərtib olunması və terminal şəbəkənin videomonitorinqi hüququnu BS/2-yə həvalə edir.

Bütün proqram həlləri

Bizim layihələrimiz

Bizim komandamız sizin şirkətinizə hansı məhsulların uyğun olması barədə tövsiyyələr almağa kömək edəcəkdir. Bizə “Əlaqə” düyməsi vasitəsilə məktub göndərin.

Andrey Yuşev

Biznesin inkişafı şöbəsinin rəhbəri