ProFlex4

ProFlex4 çözümü bank texnologiyası sahəsində dünya lideri Diebold Nixdorf tərəfindən hazırlanmışdır. Bu, özünəxidmət cihazların (bankomatlar, ödəmə köşkləri və s.) göstərilən xidmətlərin genişləndirilməsi üçün bir platformadır.

ProFlex4 imkan verir:

  • özünəxidmət cihazlarında yeni məhsul və xidmətlər təqdim etməyə
  • dinamik istifadəçi interfeysi yaratmağa;
  • terminallarda Target reklamların istifadə olumasına;
  • özünəxidmət cihazlarında yeni iş ssenariləri hazırlamaq və tətbiq etməyə

Üstünlüklər

Texniki personalın işinin optimallaşdırılması

Müştəri xidmətinə hərtərəfli yanaşma

Müştərilərin loyallığının artması

Cihazın müstəqilliyi

Operativ resursların optimallaşdırması

Yeni müştərilərin cəlb edilməsi və sadiqliyin yaradılması

Bankomatlara investisiyaların idarə edilməsi

Funksional imkanlar

Özünəxidmət terminallarında yeni xidmətlərin tətbiqi

ProFlex4 proqram həlli özünəxidmət cihazlarında yeni funksiyalar və periferik avadanlıqlar üçün müxtəlif ssenariləri layihələndirməyə, konfiqurasiya etməyə, sınaqdan keçirməyə (test), tənzimləməyə və həyata keçirməyə imkan verir. Yeni ssenarilər prosessinq mərkəzi tərəfindən idarə olunan məntiqə bağlı deyil və müxtəlif amillərdən asılı ola bilər: istifadəçi davranışı, avtorizasiya növü, kart növü və s.

Ssenari fərdiləşdirilməsi

Həll terminalda müştəriyə ən uyğun xidmətləri təqdim etməyə imkan verir və bankın özünəxidmət cihazları ilə qarşılıqlı əlaqənin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldir. Bu, yeni müştəriləri cəlb etmək imkanı yaradır və mövcud müştərilərin loyallığını gücləndirir.

İnterfeys fərdiləşdirilməsi

ProFlex4-dən istifadə etməklə bankın terminal şəbəkəsinə dəstək komandası yeni məhsullar, xidmətlər, reklamlar, marketinq təklifləri və s. üçün interfeyslər yarada, sınaqdan keçirə (test) və terminallarda tətbiq edə bilər. Yeni interfeyslərin dizaynı prosessinq mərkəzində mövcud olan məntiqdən asılı deyil. Bundan əlavə, interfeysi əlillər üçün uyğunlaşdırmaq mümkündür.

Geniş inteqrasiya seçimi

ProFlex4 proqram həlli üçüncü tərəf xidmətləri və sistemləri ilə inteqrasiya üçün geniş imkanlar təqdim edir və bununla da maliyyə institutu məhsullarının və üçüncü tərəf xidmət təminatçılarının terminallarda çatdırılmasına şərait yaradır.

Çözümün təqdim etmə formatları

Fərdi sistem

Müştəri proqram çözümünü öz mülkiyyəti olaraq satın alır.

Çözümün kirayəsi

Müştəri proqram çözümünü icarə hüququ əsasında istifadə edir.

Autsorsinq

ProFlex4 ilə BS/2 şirkəti özünəxidmət cihazlarına yeni xidmətlər dizayn edir və əlavə edir.

Bütün proqram həlləri

Bizim komandamız sizin şirkətinizə hansı məhsulların uyğun olması barədə tövsiyyələr almağa kömək edəcəkdir. Bizə “Əlaqə” düyməsi vasitəsilə məktub göndərin.

Andrey Yuşev

Biznesin inkişafı şöbəsinin rəhbəri