Maliyyə sektoru üçün biometrik texnologiyalar

Biometrik texnologiyaların populyarlığı bütün dünyada ilbəil artır. Analitiklərin proqnozlarına uyğun olaraq, biometrik sistemlərin dünya bazarı 2016-cı ildə $2 359,7 milyondan 2025-ci ilə qədər $15 145,5 milyona qədər artmışdır. Biometriya daha çox hökumət və maliyyə sektorunda, müdafiə, səhiyyə və riteyldə tələb olunur. Eyni zamanda FindBiometrics agentliyinin proqnozlarında görə yaxın illərdə biometrik sistemlər bazarı məhz kommersiya seqmentində daha aktiv inkişaf etmişdir.

Bir neçə il bundan əvvəl yeni müştəriləri cəlb etmək üçün banklara daha ucuz məhsullar və xidmətlər təklif etmək kifayət idi. Bu gün vəziyyət çox sürətlə dəyişir, istifadəçilər rahatlığa və etibarlığa üstünlük verirlər. Müştəri istiqamətliyinin konsepsiyasının realizə edilməsi üçün zəruri olan ən mühüm alətlərdən biri yalnız maliyyə əməkliyyatlarının təhlükəsizliyinin lazımi səviyyəsini təmin etməyə deyil, həm də ənənəvi şöbələrdə müştərilərə xidmət prosesini sürətləndirməyə, həmçinin distansion xidmət kanalları vasitəsilə sürətləndirməyə imkan yaradan biometrik texnologiyalardır.

Maliyyə sektorunda istifadə olunan biometrik məlumatların ən geniş yayılmış növlərinə üz təsviri, barmaq izləri, əl həndəsəsi və gözün qüzehi qişasının rəsmi aiddir. Bu məlumatlar özünəxidmət qurğularında və bank şöbələrində maliyyə xidmətlərinə girişin təmin edilməsi zamanı onlayn-bankinqdə müştərilərin eyniləşdirilməsi, həçinin bank qutularına girişin təmin edilməsi üçün istifadə oluna bilərlər. Bank sektorunda daha populyar PİN-kodun və ya birdəfəlik şifrənin və biometriyanın istifadəsi ilə iki amilli autentifikasiyadır, hansı ki, məlumatların və onlara girişə nəzarətin təhlükəsizliyinin ən yüksək səviyyəsini təmin etməyə imkan yaradır.

Optimallaşdırma sahələri

Məlumatların təhlükəsizliyi

Xidmət proseslərinin optimallaşdırılması

Müştəri xidmətinin təkmilləşdirilməsi

Şəxsi məlumatlara təhlükəsiz giriş

Verizon məlumatlarına görə 2017-ci ildə bütün dünyada məlumat itkisinin səbəbi 81% hallarda uçot qeydlərinin səhv istifadəsi, o cümlədən oğurlanmlşş və zəif şifrələr olmuşdur. Belə itkilərin satı və onlarla əlaqədar cərimələr ildən ilə artır. Banklar müştəri məlumatlarının təhlükəsizliyini necə təmin etmək və onlara qeyri-brabər girişlə bağlı itkilərdən necə yayınmaq barədə düşünürlər.

İstifadəçilərin autentifikasiyasının ən etibarlı vasitələrindən biri biometriyadır. Biometrik məlumatları saxtalaşdırmaq, oğurlmaq və ya hər hansı üsulla daşıyıcıdan xəbərsiz istifadə etmək mümkün deyildir. Özünəxidmət qurğularında autentifikasiya üçün biometrik məlumatların istifadəsi əməliyyatların aparılması zamanı təhlükəsizliyin yüksək səviyyəsini təmin edir, istifadəçini üzərində ödəniş vəsaitlərini gəzdirmək zərurətindən, şifrə və ya PİN-kodu yadda saxlamaqdan və s. azad edir, əməliyyatların aparılması müddətini azaldır.

Korporativ sistemlərin və sistemlərin müdafiə

Daxili dələduzluq və əməkdaşların uçot qeydləri vasitəsilə məlumatlara qanunsuz giriş bütün dünyada maliyyə təşkilatların qarşısında kəskin şəkildə durur. Banklar öz daxili məlumat infrastrukturunu müdaiə etməyə qadir olan qərarların axtarişındadırlar, və adətən biometrik texnologiyalara üstünlük verirlər. Bu gün bank sektorunda biometrik sistemlərin 30% yaxını korporativ məqsədlərlə istifadə olunur.

Əməkdaşların avtorizasiyası üçün biometrik texnologiyaların istifadəsi məlumatların təhlükəsizliyinin lazımi səviyyəsini və həssas informasiyalara girişə nəzarəti təmin etməyə imkan yaradır, həmçinin maliyyə təşkilatının əməkdaşlarının işinə nəzarət üçün geniş imkanlar təqdim edir.

KYC siyasətinə riayət

Bu gün KYC siyasətinə (ing. Know your customer — «Öz müştərini tanı») riayət bir sıra ölkələrdə maliyyə fəaliyyətinin həyata keçirilməsi tənzimləyicisinin və şərtlərinin tələblərindən biridir, çünki pulların yuyulmasına, terrorizmin maliyyələşdirilməsinə və vergilərin ödənilməsindən yayınmağa mane olmaq imkanı verir.

Biometrik məlumatların köməkliyi ilə istifadəçilərin verifikasiyasını və autentifikasiyasını təmin edən ixtisaslaşdırılmış proqram həlləri yalnız KYC tələblərinə riayət etməyə imkan yaratmır, həm də maliyyə əməliyyatlarının aparılmasının təhlükəsizliyinin yüksək səviyyəsini təmin edir.

Üstünlüklər

İstifadəçilərin təhlükəsiz avtorizasiyası və autentifikasiyası

Məlumatlara girişə nəzarət

Əməkdaşların hərəkətlərinə nəzarət

Əlaqədar məhsullar

Xəbərlər

Abunə ol