Nağd pul dövriyyəsinin idarə edilməsi

Terminal şəbəkənin sahibinin əsas məsələlərindən biri- nağd pulun verilmə məntəqələrində: bankomatlarda, şöbələrdə, pul saxlanclarında kifayət qədər pulun olmasını təmin etməkdir. Bu, bir sıra xərclərlə bağlıdır: nağd pulun cəlb edilməsi, onların sığortalanması, vəsaitlərin qəbulu və verilməsi məntəqələrinin inkassasiyası və s. İstənilən maliyyə təşkilatı bu xərcləri azaltmağa çalışır.

Nağd pulların effektiv idarə edilməsi nağd pulların qəbulu və verilməsi məntəqələri üçün zəruri olan pul kütləsinin ümumi həcmini azaltmağa imkan yaradır, bunun nəticəsində – nağıd pulların cəlb edilməsi, sığortalanması, saxlanması, daşınması və emalı xərcləri azalır.

Təcrübə göstərir ki, NPD idarə edilməsi zamanı maksimal effektivliyinə ixtisaslaşdırılmış PT istifadə edərək nail olmaq mümkündür, hansı ki, pul vəsaitlərinin qəbulu-verilməsi məntəqələrində nağ pul axınını proqnozlaşdırmağa, inkassasiyaları planlaşdırmağa və özünəxidmət qurğuları parkının işinin dəstəklənməsi üçün digər xərclərə nəzarət etməyə, həmçinin bir sıra iş və biznes proseslərini avtomatlaşdırmağa imkan yaradır, nəticədə NPM idarə edilməsinin təşkili üçün xərclər azalır.

Optimallaşdırma sahələri

Özünəxidmət qurğularının nağd pullarla təmin edilməsi üçün xərclər

İnkassasiya üçün xərclər

Özünəxidmət qurğuları parkının işinin dəstəklənməsi üçün xərclər

İş proseslərinin avtomatlaşdırılması

İş yükünün planlaşdırılması və paylanması

İnkassasiya üçün sifarişlərin yerinə yetirilməsinə nəzarət

Sənəd dövriyyəsinin avtomatlaşdırılması

Hər obyekt üçün nağd pul qalıqlarının monitorinqi

İnkassasiyanın sayının azaldılması

Özünəxidmət şöbələrinin və qurğularının inkassasiyası bankın əməliyyat xərclərinin əhəmiyyətli hissəsidir. Bu xərclər maddəsini azaltmaq üçün terminal şəbəkələrin sahibləri aşağıdakı tərbirləri tətbiq edirlər:

  • İnkassasiya xidmətlərinin sertifikatlaşdırılmış daşıyıcıya autsorsinq üçün ötürülməsi
  • Nağd pulların resirkulyasiyası funksiyası ilə terminlların quraşdırılması
  • Qəbul-verilmə məntəqələrində nağd pul qalıqlarının monitorinqi, nağd pul axınının proqnozlaşdırılması və inkassasiyanın planlaşdırılması üçün ixtisaslaşdırılmış PT istifadəsi

İxtisaslaşdırılmış PT köməkliyi ilə inkassasiyanın planlaşdırılması qəbul-verilmə məntəqələrində nağd pula ehtiyacı planlaşdırmağa, hər obyektdə yükləmə üçün əskinazların və sikkələrin (valyuta və nominalların) optimal miqdarını müəyyən etməyə imkan yaradır, bu isə nəticədə inkassasiya xidmətinin səfərlərini orta hesabla 2-3 dəfə azaldır.

Pul kütləsinin dövriyyədə azaldılması

Terminal şəbəkənin sahibinin xərclərinin ən böyük hissələrindən biri nağd pulların qəbulu-verilməsi məntəqələrinin gücləndirilməsi üçün zəruri olan pul vəsaitlərinin fondlanmasıdır.

Bir qayda olaraq, fondlanma üçün xərclər inkassasiyaların miqdarının azaldılması zamanı artır, çünki bank struktuu obyektlərinin ağd pulla gücləndirilməsi üçün cəlb edilən pul kütləsinin miqdarı artır. Bu zaman inkassasiya miqdarının artması zamanı fondlanma üçün xərclər azalıq, lakin bu halda bilavasitə inkassasiya üçün xərclər artır. Terminal şəbəkənin sahibinin məqsədi – inkassasiyaları elə planlaşdırmaqdır ki, təşkilatın özünəxidmət qurğularının nağd pulla təmin edilməsi üçün məcmu ərcləri minimal olsun.

Bank infrastrukturu obyektlərinin nağ pul axınının proqnozlaşdırılması və güclənmələrin planlaşdırılması üzrə kompleks tədbirlər dövriyyədə pul kütləsinin həcmini 30-40% azaltmağa qadirdir. Bu banka nağd pulların cəlb edilməsi çün xərcləri və əskinazların və sikkələrin logistikasının təmin edilməsinə ümumi yükün əhəmiyyətli dərəcədə azaldılmasına imkan yaradır.

Nağd pulların əlverişliyinin artırılması

Tez-tez terminal şəbəkələrin sahibləri özünəxidmət qurğularının nağd vəsaitlərin çatışmamasına görə dayanması problemi ilə rastlaşırlar. Bir qayda olaraq, belə dayanmaların səbəbi – inkassasiyanın lazımi qaydada planlaşdırılmamasıdır. Özünəxidmət qurğularının monitorinqinin istifadə olunan vasitələri terminal şəbəkənin sahibinə nağd pul qalıqları üzrə real şəkli görməyə imkan vermir, və bunun nəticəsində, özünəxidmət qqurğularının inkassasiyasının vaxtında aparılması, onların nağd pulla doldurulması vacibdir.

Terminal parkın sahibinin vəzifəsi – özünəxidmət qurğularının nağd pul çatışmamazlığına görə dayanma vaxtını sıfıra endirməkdir. İxtisaslaşdırılmış PT real zaman rejimində nağd pulların qəbulu-verilməsi məntəqələridə pul qalıqlarının monitorinqini təmin edir və bütün növ valyutalar və nominallar üzrə obyektlərin boşalmasının proqnozlaşdırılması alqoritmini təqdim edir. Bu proqram təminatı terminal şəbəkəin ahibinə nağd vəsaitlərin qalıqları üzrə aktual vəziyyəti görmək və özünəxidmət infrastrukturu obyektlərinidə və bankomatlarda nağd pulların əlverişliyinin optimal göstəricilərini təçin edərək, inkassasiyanı vaxtında planlaşdırmaq imkanı verir

Biznes-proseslərin avtomatlaşdırılması

Özünəxidmət strukturunda NPD idarə edilməsi əksəriyyət hallarda çox vaxt və əhəmiyyətli insan resursları tələb edir, bu isə bu prosesin təşkili üçün xərcləri birbaşa artırır. Eyni zamanda müasir ixtisaslaşdırılmış PT özünəxidmət qurğularının nağd pulla təmin edilməsi ilə bağlı iş və bizne-prosesləri vahid şəklə gətirməyə və avtomatlaşdırmağa imkan yaradır. Bu PT onları vahid informasiya sistemində icra etməyə, NPD bütün mərhələlərinə nəzarət etməyə imkan verir və sənəd mübadiləsini sadələşdirir, bu isə nağ pulların idarə edilməsi üçün xərcləri azaldır və prosesin özünü yüngülləşdirir.

Üstünlüklər

Nağd pul qəbulu-verilməsi məntəqələrinin doldurulması üçün cəlb edilən pul kütləsinin azaldılması

Obyektlərin nağd pulla gücləndirilməsi üçün xərclərin azaldılması

İnkassasiya xidmətinin səfərlərinin sayının azaldılması

İş proseslərinin optimallaşdırılması

Özünəxidmət qurğularının əlverişliyinin yüksək göstəricilərinin təmin edilməsi

Əlaqədar məhsullar

Bizim layihələrimiz