ATMeye.iQNG, video nəzarət və video analitik sistemləri, bir sıra xüsusi fiziki zərbəyə qarşı sensorlar, antiskimming cihazlar və digər xarici qurğulardan istifadə edərək ATM təhlükəsizliyi üçün hərtərəfli bir platformadır.
Platforma özünəxidmət cihazının yaxınlığında baş verən bütün hadisələrin gecə-gündüz məsafədən izlənməsini təmin edir. Bu, özünəxidmət cihazlarının saxtakarlıq və vandalizmə qarşı riskini azaltmağa xidmət edir və müştərilərlə mübahisəli məsələlərin həllinə köməklik göstərir.
ATMeye.iQNG çözümü dəfələrlə müxtəlif beynəlxalq mükafatlara layiq görülmüşdür.
Hər hansı bir əməliyyat zamanı istifadəçinin və onun hərəkətlərinin foto və video çəkilişləri qeyd edilir. Bu zaman aparılan hər bir əməliyyatı və ya özünəxidmət zonasının bilavasitə əhatəsində baş verən hadisəni ətraflı şəkildə bərpa etməyə kömək edir.
Bütün foto və video materiallar avtomatik olaraq ATM-də əməliyyat və ya hadisə ilə əlaqələndirilir. Bu zaman baş verən insidentin (hadisənin) hesabatını tərtib etmək üçün vaxtın əhəmiyyətli dərəcədə optimallaşdırılmasına və daha rahat axtarışa nail olunur.
Bankomat kamerasının xarab olması, qəsdən zədələnməsi və ya bağlanması halında sistem təhlükəsizlik xidməti əməkdaşına həyəcan bildirişi (siqnalı) göndərir. Bu zaman çəkiliş rejimi hər bir terminal üçün məsafədən tənzimlənə bilər.
Qaz, istilik, zərbə və ya hərəkət sensorlarının işə düşməsi barədə signallar anında bankın məsul əməkdaşına bildirilir və hadisəyə operativ reaksiya verilməsini təmin etməyə imkan yaradır.
Antiskimming çözümləri ilə inteqrasiya, bankomata kənar cihazın quraşdırılması cəhdi barədə anında məlumat almağa imkan yaradır və terminalın avtomatik olaraq istismardan çıxarılmasını təmin edir.
Çözüm etibarlı rabitə kanallarından istifadə edərək, terminaldan foto və elektron jurnalları göndərməyə, lazımi proqram təminatını yeniləməyə, mediafayları və digər materialları yükləməyə imkan verir.
Çözüm, bir-birinə qoşulmuş özünəxidmət cihazlarının iş vəziyyətini idarə etmək üçün təməl alətləri təqdim edir, bunun nəticəsində bankomat və ya ödəmə köşkünün işlək vəziyyətə gətirilməsi, həmçinin söndürülməsi və ya yenidən çalışdırılması baş tutur.
Bankomatlarda quraşdırılmış portret kameralar bank müştərilərinin və maliyyə qurumunun qara siyahısında olan şəxslərin müəyyənləşdirilməsi prosesini həyata keçirməyə imkan verir. Üz tanıma funksiyası xidmət işçilərinə və inkassatorlara avtorizasiya üçün tətbiq edilə bilər.
Müştəri proqram təminatı paketini və periferik avadanlıqlar komplektini öz mülkiyyəti olaraq satın alır.
Müştəri lazımi proqram komponentlərini və avadanlıqlarını icarə hüququ əsasında istifadə edir.
Müştəri çözüm satın almadan hadisə və insidentlərlə bağlı hesabatların tərtib olunması və terminal şəbəkənin videomonitorinqi hüququnu BS/2-yə həvalə edir.
Strateji istiqamət üzrə direktor müavini
Zəhmət olmasa formanı doldurun və bizim ekspertlərimiz qısa zamanda siznən əlaqə saxlayacaqlar..
Qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
Bu səhifəni oxumağa üçün, istədiyiniz dili seçin.
Bu səhifəni oxumağa üçün, istədiyiniz dili seçin.
Abunə olmaq üçün bu formanı doldurun.
Qısa zamanda sizinlə əlaqə saxlayacağıq.