Diebold Nixdorf DN 400H

DN Series 400H, qapalı məkanda quraşdırılmaq üçün hazırlanmış nağd pulu təkrar emal edən (Recycling) çoxfunksiyalı bir cihazdir və özünəxidmət bank kanalının inkişafı üçün geniş imkanlar yaradır. DN 400H köməyi ilə yalnız fərdlərə deyil, kiçik və orta sahibkarlara da daha rahat xidmətlər təklif edə bilərsiniz.

DN 400H bankomatı, 4-cü nəsil təkrar emal modullu – RM4H ilə təchiz edilmişdir. Bu gün müştərilərə çox sayda əsginası mümkün qədər tez çıxarmaq və ya yatırmaq imkanı verən ən etibarlı nağd təkrar (Recycling) sistemdir.

Faydalar

İnteqrasiya imkanları

Müasir proqram istifadəsi sayəsində bu modelin bankomatları elektron bank kanalları (mobil bankçılıq, İnternet bankçılıq) vasitəsi ilə təqdim olunan bütün xidmətləri göstərən effektiv fiziki xidmət nöqtəsinə çevrilə bilər. Bu, çoxkanallı bankçılıq konsepsiyasının həyata keçirilməsini təmin edir.

Yenilik

DN Series 400H, sikkə paylayıcısı, təmassız kart oxuyucusu və özünəxidmət cihazların funksionallığını əhəmiyyətli dərəcədə genişləndirən QR kod oxuyucusu ilə təchiz edilə bilər.

Effektivlik

Bankomatda yüksək tutumlu kasetlər istifadə olunur, bu da pul yığımları (inkassasiya) arasındakı vaxtın artmasına imkan yaradır və eyni zamanda özünə xidmət cihazının yüksək səviyyədə əlçatımlı olmasını təmin edir.

Etibarlılıq

Müasir nağd təkrar emal modulu (Recycling) və yüksək keyfiyyətli komponentlər, xidmətlərin mövcudluğuna zəmanət verən və terminal şəbəkəsinə xidmət xərclərini əhəmiyyətli dərəcədə azaldan bu cihaz nasazlığa dözümlülüyün maksimum səviyyəsini təmin edir.

Fərdiləşdirmə imkanları

Müasir dizayn, asan (intuitiv) interfeys və istifadə olunan proqram çözümləri sayəsində istifadəçi ona bank tərəfindən fərdiləşdirilmiş xidmət təqdim edən rahat özünəxidmət cihazı əldə etmiş olur..

Təhlükəsizlik

Həm avadanlıq, həm də proqram səviyyələrində tətbiq olunan çox qatlı təhlükəsizlik sistemi cihazı ən çox yayılan fiziki və kiber hücumlardan qoruyur.

Cihazın xüsusiyyətləri

Recycling modulu

  • RM4H – 4-cü nəsil nağd pulun təkrar emalı modulu
  • Əməlliyat başına 300 əsginas depozit/çıxarılma
  • 5 kasetə qədər işlənilməsi (4 Recycling kasetləri + nağd pul qəbul etmək üçün 1 kaset)
  • Recycling kasetin maksimum dolğunluq səviyyəsi – 300 mm
  • All-in kasetin maksimum dolğunluq səviyyəso – 500 mm
  • CCMS (Cash Cycle Management Solutions) funksiyasını dəstəkləyən kasetlər
  • Unudulmuş və rədd edilmiş əsginasların saxlanılması üçün ayrı xanalar
  • 4 nominala qədər emal etmə
  • Nağd pul qəbulu yuvasında xarici obyekt detektoru
  • Qanunvericilik tələblərinə uyğun olaraq əskinasların təsdiqlənməsi

Sikkə paylama/qəbul etmə modulu

  • 4 sikkəyədək nominalların paylanması
  • 8 sikkəyədək nominalların paylanması (istəyə bağlı)
  • Sikkə depozit edilməsi (istəyə bağlı)

Fiziki təhlükəsizlik

  • Müştərinin üzünü təyin edən, əsginas paylayıcısını və banbkomatın yerləşdiyi zonanı qeyd edən kameralar
  • UL 291 Level 1, CEN I – IV, CEN I EX Gas, CEN III EX Gas, CEN IV EX Gas seyfləri
  • Proaktiv həyəcan siqnalizasiya sistemi
  • Qeyri-qanuni manipulyasiyaya qarşı kart oxuyucusunun və pul paylayıcı (dispenser) yuvaların müdafiəsi
  • Elektron və ya mexaniki seyf kilidlər
  • Recycling modulunun kilidləmə mexanizmi
  • Depozit və ya pul götürmə zamanı Nağd pulun tutulmasına qarşı sistem (Anti Cash Trapping)
  • Qaz və partlayıcı maddələrlə oğurluqdan qorunma

İstifadəçi məlumatlarının təhlükəsizliyi

  • Arxa görüş güzgüsü
  • Müasir PIN pad
  • PIN pad ortüyü
  • Secure Pack 1, 2, 3 və ya ActivEdgeTM antiskimming cihazlarlın quraşdırılması
  • Kiber təhlükəsizlik
  • Yalnız etibarlı cihazların qoşulması
  • Cihazın rabitə kanalının təməl müdafiəsi
  • Xidmət işçilərinin CrypTA Stick vasitəsilə avtorizasiyası
  • DN VynamicTM Security Suite proqram həlləri
  • TPM Modulu (ISO/IEC 11889 standardlarına uyğun)

Ekran

  • Funksiya düymələri və(ya) toxunuşlu 15″ ekran
  • 19″ şaquli və ya üfüqi toxunma ekranı
  • Ekranın vandallara qarşı qoruyucusu
  • Toxunma ekranları üçün multitouch funksiyasına dəstək
  • Standart və ya yüksək parlaqlıqlı monitor
  • Mətnin kənardan oxunmasına mane olan ekran örtüyü

Bankomatın kompüteri

  • Intel® Celeron i3 və ya i5 prosessoru
  • Intel AMT (Active Management Technology) texnoloqiyası
  • HDD/SSD yaddaş
  • DVD vasitəsi ilə məlumat ötürmə qabiliyyəti

Müştəri ilə əlaqə

  • Qulaqlıq üçün yuva
  • İkitərəfli video və səs rabitəsi (kamera və mikrofon)
  • Kart oxuyucusunun və pul paylama yuvasının işıqlandırması

İdentifikasiya

  • Motorlu kart oxuyucusu (EMV Sertifikatı)
  • Hibrid DIP kart oxuyucu (EMV Sertifikatı)
  • Kontaktsız kart oxuyucu (EMV Sertifikatı)
  • Barkod skaneri 1D/2D
  • Barmaq izi skaneri

Printer

  • Termal printer (80 mm)
  • Jurnal printeri
  • Hesab çıxarışlarını çap etmək üçün printer
  • Depozit kitabçaların çapı
  • Ön və ya arxa yükləmə
  • Servis üçün 10.1” ekran

Sistem proqramı

  • ProBase/C 1.4
  • Windows® 7 və 10

Funksional proqramlar

  • Vynamic Software Suite proqram həlləri
  • .iQ Family proqram həlləri

Bankomatın ölçüləri (en, uzunluq, hündürlük)

  • 1495 mm x 500 mm x 1035 mm (UL)
  • 1445 mm x 500 mm x 1035 mm (CEN)

Bizim layihələrimiz

Xidmətlər

Xəbərlər

Abunə ol