Texnoloji avadanlığın xidmətinin qiymətinin azaldılması

Terminal avadanlğın iş qabiliyyətinin dəsəklənməsi terminal şəbəkənin sahibinin xərclərinin əhəmiyyətli hissəsindən biridir, çünki terminalların istismarı onların müntəzəm texniki xidməti və ayrı-ayrı qovşaqlarının və hissələrinin vaxtaşırı dəyişdirilməsi ilə bağlıdır. Bu zaman vaxtında edilməyən təmir və xidmətə görə terminalların istənilən , həttaqısa müddətli dayanması maliyyə təşkilatının birbaşa maliyyə və etibarının itirilməsinə gətirib çıxarır.

Bir qayda olaraq, servis şirkəti (və ya maliyyə təşkilatının özünün servis bölməsi) sərfiyyat materiallarının və ehtiyat hissələrin qiymətinə təsir edə bimir, lakin onların anbarda sayının optimallaşdırılması və servis işlərinin optimal təşkili servis xidmətinin yekun qiymətinin əhəmiyyətli dərəcədə azaldılmasına və terminal avadanlığın əlverişlilik göstəricilərinin artmasına nail olmağa imkan yaradır.

Servid xidmətinin təşkili üçün ixtisaslaşdırılmış proqram təminatı avadanlığın texniki xidməti və təmiri, servis işlərinin planlaşdırılması, komplektləşdirmə və sərfiyyat materiallarının satınalması, ehtiyat hissələr anbarlarının idarə edilməsi ilə bağlı bir sıra məsələləri həll etməyə imkan yaradır.

Optimallaşdırma sahələri

Anbarda ehtiyat hissələrin və sərfiyyat materiallarının miqdarı

Personal, nəqliyyat, yanacaq və s. üçün xərclər

İşlərin icrası müddətinə riayət olunması

Servis xidmətləri proseslərinin təşkili

Anbarda ehtiyat hissələrinin miqdarının optimallaşdırılması

Servis şirkətlərinin rastlaşdığı çətinliklərdən biri ehtiyat və sərfiyyat materiallarının satınalmasının təşkilidir. Lazımi qaydada uçot olmadığı halda təşkilatlar anbarda detalların çatışmamazlığı və ya artıqlığı ilə rastlaşırlar, bu isə vaxtsız xidmət və təmirə görə avadanlığın dayanmasına, həmçinin əlavə sərfiyyata gətirib çıxarır.

Ehtiyat hissələrin və sərfiyyat materialların satınalmasının optimal təşkil edilməsi zamanı servis təşkilatı əldə edilən qovşaqların, ehtiyat hissələrin və detalların sayının əhəmiyyətli dərəcədə azaldılmasına, anbar saxlancı, logistika və gömrük rəsmiyyəti üçün xərclərin azaldılmasına, həmçinin özünəxidmət qurğularının əlverişliyinin artırılmasına nail ola bilər.

Daxili təşkilati xərclər

Servis strukturunun qurulması personal (əməkdaşların əmək haqqı, təlimi, sığortası, iş ləvazimatı) və nəqliyyat (YYM, sığorta, təmir) üçün əhəmiyyətli əməliyyat xərcləri ilə bağlıdır.

Personalın tapşırıqlarına və vaxtına nəzarət, maddi-texniki vaxitələrin və yanacağın uçotu üçün xüsusi həllərin istifadəsi təşkilatın servis xidmətlərinə daxili xərclərini optimallaşdırmağa, həmçinin proseslərin idarə edilməsini və onların effektivliyinə nəzarəti optimallaşdırmağa imkan verir.

SLA riayətə görə kompensasiyalar və cərimələr

Servis biznesi müxtəlif əməliyyat riskləri ilə bağlıdır, onlardan biri öz müştərilərinin qarşısında servis şirkəti tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsidir. Terminalların servis xidmətlərinin sınmasına və lazımi servis xidmətlərinin götürlməməsinə görə dayanması maliyyə itkilərinə, gəlir itkisinə, istifadəçilərin loyallığının azalmasına gətirib çıxarır.

SLA riayətinə nəzarət alətləri bənzər vəziyyətlərdən yayınmaq üçün servis mühəndislərinin vəzifələrini prioritetləşdirməyə imkan verir

Üstünlüklər

Ehtiyat hissələrin çatdırılması zəncirinin effektiv idarə edilməsi

Servis mühəndislərinin təkrar səfərlərinin sayının azaldılması

Lokal təmirin effektiv təşkili

Avtonəqliyyatın istifadəsinə və yanacaq-yağlama materiallarına (YYM) xərclərə nəzarət

Müəyyən edilmiş SLA göstəricilərinə nəzarət

Servis mühəndislərinin dayanma vaxtının azaldılması