Pərakəndə satış sahəsində müştərilərə xidmətin optimllaşdırılması

Analitiklərin proqnozlarına görə yaxın 10 il ərzində pərakəndə satış biznesin ən tex dəyişən sahələrindən biri olacaqdır. Onlayn-rəqiblərin bazara tez gəlişi, yeni ticarət formatlarının və ödəniş üsullarının əmələ gəlməsi, həmçinin yeni aktiv inkişaf edən bazarlar riteyllərdən daimi monitorinqi, qiymətləndirməni, zəruri hallarda biznes-strategiyanın yenidən nəzərdən keçirilməsini tələb edir. Məhz bu səbəbdən bu gün bazar flaqmanları biznesin çevikliyinə və uyğunlaşmasına diqqət yetirirlər. Ticarət şəbəkələrinin uğuğlu inkişafının açarı yalnız bazar dinamikasını anlamaq və qabaqcadan görmək bacarığı deyil, həm də biznesi dəyişən bazar tələblərinə tez uyğunlaşmaq bacarığıdır.

Eyni zamanda, inkişaf strategiyasının seçimi zamanı pərakəndə təşkilatlar üçün əsas istinad nöqtəsi alıcıdır. Ticarət şəbəkəsi onun maraq və üstünlüklərindən asılı olaraq harada yeni mağazaların açılacağını, onların necə təchiz ediləcəyini, rəflərə hansı malların qoyulacağlnl, ödənişin necə qəbul ediləcəyin, çatdırılmanın necə həyata keçiriləcəyini, həmçinin istehlakçıya hansı əlavə xidmətləri təklif edəcəyini seçir. Bütün bu amillər müsbət alıcı təcrübəsinin formalaşmasına kömək edir, Shep Hykenin araşdırmasına görə, bu istehlakçının bir brendlə davam edib, etməyəcəyini müəyyən etməkdə həlledici olur.

Alıcının göstəricilərinə müvafiq olmaq üçün, ticarət şəbəkələri özünəxidmət kanallarının inkişafına vurğu edərək, yeni texnoloji landşaftın yaradılmasına aktiv sərmayə qoyurlar. Özünəxidmət kassaları və malların müstəqil skanlanması üçün mobil əlavələr kimi həllərin istifadəsi ticarət təşkilatına yalnız müştərilərə xidmət prosesini optimallaşdırmağa imkan vermir, həm də bununla brendə loyallığı artıraraq və yeni satıcıları cəlb edərək optimal təcrübəni təmin edir.

Optimallaşdırma sahələri

Müştərilərə xidmət prosesinin optimallaşdırılması

Müştəri təcrübəsinin fərdiləşdirilməsi

Xidmət keyfiyyətinin və sürətinin artırılması

Ticarət nöqtələrinin iş proseslərinin optimallaşdırılması

Ticarət məkanının təşkili

Bu gün insanlar ticarət mərkəzində olma müddətlərini maksimal dərəcədə azaltmağa cəhd edirlər. Ərzaq mağazalarının müştərilərinin Diebold Nixdorf sifarişi üzrə keçirilən sorğusuna əsasən, alıcılar uzun müddətli istehlak üçün hesablanmış alışlara orta hesabla 50 dəqiqə, bir neçə günlük ərzaqların alışına 24 dəqiqə və dərhal istehlak üçün malların alışına cəmi 16 dəqiqə vaxt sərf edirlər.

Alıcıların mağazada keçirməyə hazır olduqları vaxtın azaldığına görə, riteyllərin əsas vəzifələri ticarət məkanının təşkili və mağazanın ziyarətçisinə lazım olan malların mümkün qədər tez tapılması üçün alıcının yolunun təşkil edilməsidir. Ticarət təşkilarının mühüm vəzifələrindən daha biri də isthlakçı ı ilə bütün təmas nöqtələrinin, o cümlədən kassa xidməti zonasında (kassa avadanlığı, özünəxidmət sistemləri və s.) fasiləsiz işin və əlverişliyin təmin edilməsidir.

Alıcıların kassa xidməti

Hal-hazırda ticarət təşkilatlarının kassa avadanlıqlarına tələbləri daima artır. Onlar xidmətdə asa, qoşulma, inteqrasiya və müxtəlif şəraitdə iş üçün geniş imkanlara malik olan və alıcıya tez və fasiləsiz ximəti təmin edən qurğular olmalıdırlar. Lakin müasri kassa avadanlıqları ticarət təşkilatının digər məsələlərini də həə etməlidirlər, məsələn, satış haqqında informasiyanın vergi orqanlarına avtomatik ötürülməsini təmin etməli, loyallıq sisteminin işini dəstəkləməli, alıcılara mağaza kassasında kommunal hesabları, cərimələri, rüsumların ödənilməsi imkanını təqdim etməlidirlər.

Eyni zamanda, bu gün müştərin əksəriyyəti işçiləri olan ənənəvi kasslardan daha çox özünəxidmət kassalarına üstünlük verirlər. Bu zaman, Nilsen məlumatlarına əsasən personalı olan kassalara üstünlük verən alıcıların 48% növbənin az olmasına görə özünəxidmət kassalarını seçirlər. Özünəxidmət kassalarının işi personala yükü azaltmağa, ticarət məkanından optiml istifadəyə, alıcılara gözlənilən istifadə təcrübəsini təmin etməyə imkan yaradır.

Personalın iş proseslərinin optimallaşdırılması. Xidmət keyfiyyətinin və surətinin artırılması

Diebold Nixdorf, sifarişi üzrə aparılmış ərzaq mağazalarının alıcılarının sorğusuna əsasən, alış-veriş zamanı ən çox qıcıqlandıran məsələ növbədə gözləmədir (37%) və lazımi malların olmamasıdır (36%). Əksəriyyət hallarda, bu problemləri daxili iş proseslərinin optimallaşdırılması hesabına həll etmək mümkündür.

Müasir mobil qurğuların sayəsində mağaza meneceri ilk növbədə təchiz edilməyə ehtiyac olan mövqeləri qeyd edərək, gün ərzində malların satışı səviyyəsini təhlil edə bilər. Həmçinin menecer mağazanın əməkdaşlarının optimal iş qrafikini tərtib etmək üçün alıcı axınının artma vaxtını görə bilər və zəruri hallarda əlavə personalı cəlb edə bilər. Bu rəflərin doldurulması üçün zəruri olan vaxtı minimumuma endirməyə, həm də biznesə sahibliyin ümumi qiymətini azaltmağa imkan yaradır. Bundan əlavə, mobil qurğular qiymətlərin yoxlanması, ştrix-kodların skanlanlası, alıcı axınının paylanması, mağazanın digər əməkdaşları ilə ünsiyyət üçün istifadə oluna bilərlər.

Yüngül inteqrasiya və geniş qoşulma imkanları (high connectivity)

Pərakəndə təşkilatlar müntəzəm olaraq öz infrastrukturlarına yeni texnologiyaları və avadanlıqları inteqrasiya etmək zərurəti ilə qarşılaşırlar. Ənənəvi (oflayn) ticarətin nümayəndələrinə mövcud texnoloji landşafta edilən investisiyaların saxlanması üçün bunu ehtiyatla etmək lazımdır. Tez-tez yeni həllərin inteqrasiyasının mürəkkəbliyi innovasiyalar doğru yolda böyük maneə olur.

Yüksək qoşulma imkanları ticarət təşkilatına müxtəlif qərarlar və avadanlıqlar təchizatçıları ilə əməkdaşlıq strategiyasını seçmək imkanı verirlər və qərarları bu strategiyaya müvafiq olan təchizatçıların seçimində maksimal sərbəstlik təklif edirlər. Açıq texnologiyaların qəbulu vacibdir, çünki heç bir təchizatçı satış nöqtəsində optimal alıcı yolunu yaratmaq üçün lazım olan bütün texnologiyalar üzərində inhisara (monopoliyaya) malik deyildir. DS/2 tərəfindən təchiz edilən bütün həllər dünyanın aparıcı istehsalçılarının həlləri ilə uyğunlaşdırğı üçün ticarət müəssisəsinin mövcud infrastrukturuna asanlıqla inteqrasiya oluna bilər.

Üstünlüklər

Alıcılara relevant təcrübənin təqdim edilməsi

İş proseslərinin optimalaşdırılması

Ticarət şəbəkəsinin sahibiliyinin ümumi qiymətinin azaldılması

Alıcının loyallığının artması

Yen alıcıların cəlb edilməsi

Mövcud texnoloji landşafta sadə və sürətli inteqrasiya

Qərarın tətbiqi zamanı çeviklik

Bizim layihələrimiz

Xəbərlər

Abunə ol