Şirkət haqqında xəbərlər

BS/2 Azərbaycanda riteylin gələcəyini dəyişə bilən qərarları

Azərbaycanda pərakəndə ticarət gələcəyin mağazalarının zahir olmasına hazırdır. 5 oktyabr tarixində Bakıda riteyl sənayesinin nümayəndələri üçün “BS/2 Retail Business Brunch” keçirilib. Supermarketlər üçün ticarət avadanlığı və həllərinnin aparıcı istehsalçıları – DATALOGIC, Diebold Nixdorf, Bizerba, SOTI və Modern Expo – öz yeni nailiyyətləri haqqında danışdılar. Tədbirin təşkilatçısı BS/2 olmuşdur. “BS/2 Retail Business Brunch”ın əsas məqsədi bazar iştirakçılarını riteyl sənayedəki qlobal tendensiyalarla tanış etmək, həmçinin pərakəndə ticarət sektorunda cari tendensiyalar və problemləri müzakirə etməkdir.

“BS/2 Retail Business Brunch” ölkənin riteyl birliyi üçün əhəmiyyətli tədbir olmuşdur. Müasir pərakəndə satış sənayesi biliklərin daimi yenilənməsini və innovasiyaların tətbiqini tələb edir. Buna görə də görüş təcrübələrin mübadiləsi, yeni texnologiyaların təqdimatı və ticarət sahəsində açar məsələlərin müzakirəsi üçün platforma rolunu oynamışdır.

Yuriy Mikutskiy, BS/2 pərakəndə ticarət üçün avadanlıqların satışı şöbəsinin rəhbər müavini:

“BS/2 Retail Business Brunch” riteyl üçün avadanlıqların istehsalçılarını və sahənin nümayəndələrini bir yerdə toplamışdır. Qonaqlar yalnız məruzələri dinləməməli, həm də ticarət üçün müasir həllərlə tanış ola bilirdilər. Görüşdə DATALOGIC şirkətinin 10-dan çox skaner modeli, müxtəlif Bizerba tərəziləri, Diebold Nixdorfistehsalı olan modul və “all-in-one” kassa avadanlıqları, həmçinin DN series özünəxidmət kassaları təqdim olunmuşdur.

Süni intellekt kassaları

“BS/2 Retail Business Brunch” açar mövzusu Azərbaycan ticarət şəbəkəsində özünəxidmət kassalarının tətbiqi olmuşdur.
Belə avadanlıqların üstünlüyü – sürət, məkanın effektiv istifadəsi (kassirlərlə iki xəttlə birlikdə 6 “çekautlar” quraşdırılır!) və personalın saxlanması üçün xərclərin optimallaşdırılmasıdır.

Özünəxidmət kassasından istifadə edərək, satıcı özü malları skanlayır və alışı kartla və ya nağd olaraq ödəyir, servisin dəqiqliyini və keyfiyyətini isə süni intellekt təmin edir. Biznes-brançda qonaqlar DN Series от Diebold Nixdorf özünüxidmət kassasının işini qiymətləndirdilər.

Emil Musayev, BS/2 pərakəndə ticarət üçün avadanlıqların satışı şöbəsinin rəbəri:

Neyroşəbəkələrin köməkliyi ilə kassalar malları tanımağı və yararlılıq müddətini müəyyən etməyi öyrəniblər. Beləliklə, süni intellekt mağazanın ziyarətçilərinə öz alışlarını tez və keyfiyyətlə rəsmiləşdirməyə kömək edir. Əgər indiyə qədər kassirsiz kassa aparatları daha çox gənc nəsil tərəfindən seçilirdisə, indi yaşlı müştərilər də özünəxidmət kanallarını həvəslə mənimsəyirlər.

Müstəqil şoppinq üçün mobil skanerlər

DATALOGIC məhsul xəttinə pərakəndə satış üçün müxtəlif növ stasionar və portativ skanerlər daxildir. Sənaye skanerlərinin bəzi modelləri 20 m məsafədə barkodları oxumağa qadirdir, bu, xüsusilə anbar sahələrində işləyərkən əlverişlidir.

İqor Şteyner, DATALOGIC şirkətinin MDB ölkələrində müştərilərlə iş üzrə meneceri:

Self-scanning” adlanan müstəqil skanlama ilə bağlı həllər böyük populyarlıq qazanırlar. Belə qurğulardan istifadə edərək, mağaza ziyarətçiləri ticarət zalında gəzinti zamanı malın çekini tərtib edə bilirlər.

Pərakəndə ticarət üçün müasir qurğular digər istehsalçılarn avadanlıqları ilə inteqrasiyası dəstəkləyirlər. Bu ticarət şəbəkəsinin daxilində proseslərin effektivliyini artırmağa imkan yaradır. Məsələn, tərəzi qutusu olan Magellan seriyasının DATALOGIC skanerləri Diebold Nixdorf özünəxidmət kassaları ilə uyğundur.

Ağıllı tərəzilər – köməkçiyə ehtiyac yoxdur!

Süni intellektli tərəzilər tədricən bar-kodun çapı ilə standart qurğuları əvəz edir. Avadanlıqla işləmək üçün artıq malı ekranda seçmək və ya rəqəm kombinasiyasını daxil etmək lazım deyil: məhsul kateqoriyasını alıcının əvəzinə neyroşəbəkə müəyyən edir.

Аnton Denisenko, Bizerba Ukraine şirkətinin idarə direktoru:

Süni intellekt texnologiyaları pərakəndə ticarətdə daha geniş tətbiq olunur: məhsulların çəkisinin çəkilməsindən başlayaraq, özünəxidmət kassalarında malların sayılmasına qədər. Neyroşəbəkələr rəfləri izləyir, məhsul çatışmazlığının qarşısını alır və üzün tanınması funksiyası vasitəsilə təhlükəsizliyi təmin edir. Müasir riteylerlər artıq satış nöqtələrində hüquq pozuntularının sayını azaltmaq üçün Sİ texnologiyalarından fəal şəkildə istifadə edirlər.

Orta hesabla çəki kateqoriyaları bütün ərzaq mağazalarının çeşidləri üzrə əməliyyatların 30%-ni təşkil edir. Bu o deməkdir ki, təxminən hər üçüncü qəbzə səhv qeydə alınmış əşya düşə bilər.
“Ağıllı” tərəzilər riteylerləri sığortalayaraq həm müştərilər, həm də işçilər tərəfindən səhvlərin baş vermə ehtimalını azaldır.

Тurab Hüseynov, “ANC GROUP” MMC İT şöbəsinin rəhbəri:

“BS/2 Retail Business Brunch”da özünəxidmət kassalarının fəaliyyətdə olduğunu görmək xüsusilə maraqlı idi. Süni intellektdən istifadə edərək, bu qurğular alıcılara malların qiymətini tez və dəqiq şəkildə ödəməyə kömək edir və riteylerlərə oğurluq və əskikliyi azaltmağa kömək edir. Bu cür avadanlıqlar, şübhəsiz ki, Azərbaycandakı pərakəndə satış şəbəkələrinə əhəmiyyətli faydalar gətirə bilər. Müasir texnologiyaların tətbiqi satış məntəqələrində gündəlik iş rejimini sadələşdirməklə yanaşı, kadr çatışmazlığı problemini də xeyli dərəcədə həll edəcəkdir. Bu kimi innovasiyalar effektivliyi artırmaq və pərakəndə satış şəbəkələrimizdə müştəri təcrübəsini yazşılaşdırmaq üçün açar amil ola bilər.

Tsotne Kaçiva, ALTA (Gürcüstan) ticarət şəbəkəsində e-commerce və CRM-sistemləri üzrə menecer:

Biz Bakıda BS/2 şirkəti tərəfindən təşkil olunmuş “Retail Business Branch” məmnuniyyətlə gəldik. ALTA ticarət şəbəkəsinin nümayəndələri riteylerlər üçün qabaqcıl avadanlıqlarla və proqram həllərlə tanış oldular.
Tədbirdə iştirak pərakəndə ticarət sahəsində cari vəziyyət haqqında qiymətli məlumatları almağa imkan yaratdı. Yerli şirkətlərin nümayəndələri ilə görüşlər təcrübə mübadiləsinə, həmçinin faydalı əlaqələr qurmağa kömək etdi.
Biz bu görüşü təşkil etdiyinə görə BS/2 şirkətinə minnətdarıq. “Retail Business Branch” gələcək pərakəndə ticarətin formalaşdırılması üçün birgə işin əhəmiyyətini vurğulayır.

Poçtomatlar – poçt şöbəsinin tam əvəzlənməsi

Bakıda ilk poçtomatların quraşdırılması Ukraynanın Modern Expo şirkəti – pərakəndə ticarət üçün həllərin kompleks təchizatçısı ilə BS/2 əməkdaşlığının sayəsində 2023-cü ilin yayında mümkün olmuşdur. Məhsul çeşidlərinə stellaj, soyuducu avadanlıqları və, əlbəttə ki, poçtomatlar daxildir.

BS/2 Azərbaycan əməkdaşları rekord qısa müddət ərzində pilot layihəni işə saldılar. 3 ay müddətində sifarişçinin tələblərinə müvafiq olaraq, poçtomat üçün proqram təminatının uyğunlaşdırılması aparılmışdır.

İlqar Həsənov, BS/2 Azərbaycan direktoru:

Poçtomatlar – bizim region üçün yeni həllidir. Əvvəlcə potensial müştəriləri bu məhsulla tanış etmək üçün biz BS/2 Azərbaycan odisində nümayiş poçt terminalı quraşdırdıq.
Bu cür qurğularla artıq bir çox logistika təşkilatları və marketpleyslər maraqlandı. Sevindirici haldır ki, bu şirkətlər bütün ölkədə çatdırılma məntəqələrində poçtomatlardan istifadəni planlaşdırırlar. Bu, malların alıcılarını alışların qəbulunun yeni üsulu ilə tanış etmək üçün edilir. Bu cür dəstək poçtomatlardan əhali arasında aktiv istifadəyə əlavə stimul olacaqdır.

DS Center.iQ – İoT köməkliyi ilə pərakəndə biznesin idarə olunmasında yeni söz

Azərbaycanda tədbirdə BS/2 ilk dəfə yeni işini – DS Center.iQ həllərinin qəbul edilməsinin dəstəklənməsi sistemini təqdim etdi. Müasir riteyler dünyası əşyaların internet konsepsiyasından (İoT) intensiv istifadə edir. Ona müvafiq olaraq, bütün qurğular məlumatların verilməsi və mübadiləsi üçün birləşmişdir ki, fasiləsiz işi təmin etsin və müştəri təcrübəsini yaxşılaşdırsın.
DS Center.iQ əyani qrafiklər və daşbordlar şəklində təqdim edərək, müxtəlif mənbələrdən informasiyanı təhlil etmək imkanı yaradır. Sistem riteylerlərə yalnız nəzarəti deyil, həm də daha əsaslı qərarları qəbul etmək imkanını təmin edərək, ticarə şəbəkələrinin səlahiyyətli idarə edilməsi üçün əsas ola bilər.
BS/2 riteylerlər üçün rahat ekosistemlərin yaradılması üçün ekspertizaya malikdir. Şirkət yalnız texniki avadanlıqların təchizatı üzrə deyil, həm də onun müxtəlif proqram məhsulları ilə inteqrasiyasında ixtisaslaşmışdır. Bu, biznes proseslərini optimallaşdırmağa imkan verir və riteylerlərin mənfəətlərini artırmağa kömək edir.

Litvada baş ofislə BS/2 şirkəti 7 törəmə şirkəti birləşdirir. Onlardan biri – BS/2 Azərbaycan – 1999-cu ildən yerli bazarda işləyir. Nümayəndəliyin tərkibində – Bakı və Gəncədə – iki servis mərkəzi vardır. Bu bölmələrin serifikatlaşdırılmış mühəndisləri müştərilər üçün texniki avadanlıqların təmiri və xidmətini təqdim edirlər. BS/2 Azərbaycan şirkətinin balansında 4000-dən çox ticarət avadanlığı vardır.

Hər hansı bir sualınız varsa

Xəbərlər

Abunə ol