Diebold Nixdorf DN 490C

DN Series 490C – nağd pul çıxarma funksiyalı, açıq məkanda (küçədə) (Drive-Up) quraşdırmaq üçün nəzərdə tutulan çoxfunksiyalı bankomatdır. DN SeriesTM 490C bankomatının köməyi ilə müştərilərinizə daha rahat xidmətlər və imkanlar təqdim edə bilərsiniz. Müasir proqram çözümləri sayəsində bank filialının gündəlik əməliyyatlarının bir hissəsini bankomata köçürmək olur ki, bu da maliyyə qurumunun işçilərinin hər bir müştəriyə daha çox diqqət yetirməsinə imkan yaradır.

DN SeriesTM 490C bankomatı yüksək mövcudluğunu təmin etmək üçün CMD-V6C paylayıcısı ilə təchiz edilmişdir.

Faydalar

Fərdiləşdirmə imkanları

Müasir dizayn, asan (intuitiv) interfeys və istifadə olunan proqram çözümləri sayəsində istifadəçi rahat özünəxidmət cihazı əldə etmiş olur ki, bunun vasitəsilə bank ona lazımi fərdiləşdirilmiş xidmət göstərə bilir.

Etibarlılıq

Komponentlərin və bankomatın əsas bölmələrinin yığılmasının yüksək keyfiyyəti cihazın nasazlığa dözümlülüyünü maksimum səviyyədə təmin edir ki, bu da xidmətlərin mövcudluğuna zəmanət verir və terminal şəbəkəsinə xidmət xərclərini əhəmiyyətli dərəcədə azaldır .

Effektivlik

Bankomatda yüksək tutumlu kasetlər istifadə olunur ki, bu da pul yığımları (inkassasiya) arasındakı vaxtın artmasına imkan yaradır və eyni zamanda, özünə xidmət cihazının yüksək səviyyədə əlçatımlı olmasını təmin edir.

Yenilik

DN SeriesTM 490C, sikkə paylayıcısı, təmassız kart oxuyucusu və özünə xidmət cihazının funksiyallığını əhəmiyyətli dərəcədə genişləndirən QR kod skaneri ilə təchiz edilə bilər.

İnteqrasiya imkanları

Müasir proqram təminatının istifadəsi sayəsində bankomatların bu modeli, elektron bank kanalları (mobil bankçılıq, İnternet bankçılıq) vasitəsi ilə təqdim olunan bütün xidmətləri effektiv fiziki xidmət nöqtəsinə çevirə bilər. Bu, çoxkanallı bankçılıq konsepsiyasının həyata keçirilməsini təmin edir.

Təhlükəsizlik

Həm avadanlıq, həm də proqram səviyyələrində tətbiq olunan çoxsəviyyəli təhlükəsizlik sistemi cihazı ən çox yayılan fiziki və kiber hücumlardan qoruyur.

Cihazın xüsusiyyətləri

CMD-V6C nağd paylayıcı

  • Əməlliyat başına 110-dək əsginasın depozit/çıxarılması
  • 4 kasetədək istifadə
  • Kasetin maksimum dolğunluq səviyyəsi – 300 mm
  • Unudulmuş və rədd edilmiş əsginasların saxlanılması üçün kaset
  • CCMS (Cash Cycle Management Solutions) funksiyasını dəstəkləyən kasetlər
  • Rədd edilmiş əsginaslar üçün ayrı xana

Sikkə (moneta) paylama/qəbul etmə modulu

  • 4 sikkəyədək nominalların paylanması

Fiziki təhlükəsizlik

  • Müştərinin üzünü, əsginas paylayıcısını və bankomatın yerləşdiyi zonanı qeyd edən kameralar
  • UL 291 Level 1, CEN I seyfləri
  • Proaktiv həyəcan siqnalizasiya sistemi
  • Qeyri-qanuni manipulyasiyaya qarşı kart oxuyucusu və pul paylayıcı yuvaların müdafiəsi
  • Elektron və ya mexaniki seyf kilidlər
  • Depozit və ya pul çıxarma zamanı nağd pulun tutulmasına qarşı sistem (Anti Cash Trapping)
  • Qaz və partlayıcı maddələrdən istifadə etməklə oğurluğa qarəı müdafiə

İstifadəçi məlumatlarının təhlükəsizliyi

  • Arxa görüş güzgüsü
  • Müasir PIN pad
  • Secure Pack 1, 2, 3 və ya ActivEdgeTM antiskimming cihazlarlın quraşdırılması

Kiber təhlükəsizlik

  • Yalnız etibarlı cihazların qoşulması
  • Cihazın rabitə kanalının təməl müdafiəsi
  • Xidmət işçilərinin CrypTA Stick vasitəsilə avtorizasiyası
  • DN VynamicTM Security Suite proqram çözümləri
  • TPM Modulu (ISO/IEC 11889 standardlarına uyğun)

Ekran

  • Funksiya düymələri və(ya) toxunuşlu 15″ ekran
  • 19″ şaquli və ya üfüqi toxunma ekranı
  • Ekranın vandallara qarşı qoruyucusu
  • Toxunma ekranları üçün multitouch funksiyasına dəstək
  • Yüksək parlaqlıqlı monitor
  • Mətnin kənardan oxunmasına mane olan ekran örtüyü

Bankomatın kompüteri

  • Intel® Celeron i3 və ya i5 prosessoru
  • Intel AMT (Active Management Technology) texnoloqiyası
  • HDD/SSD yaddaş
  • DVD vasitəsi ilə məlumat ötürmə qabiliyyəti

Müştəri ilə əlaqə

  • Qulaqlıq üçün yuva
  • İkitərəfli video və səs rabitəsi (kamera və mikrofon)
  • Kart oxuyucusunun və pul paylama yuvasının işıqlandırması

İdentifikasiya

  • Motorlu kart oxuyucusu (EMV Sertifikatı)
  • Hibrid DIP kart oxuyucu (EMV Sertifikatı)
  • Kontaktsız kart oxuyucu (EMV Sertifikatı)
  • Barkod skaneri 1D/2D

Printer

  • Termal printer (80 mm)
  • Ön yükləmə
  • Qızdırıcı və kondisioner

Sistem proqramı

  • ProBase/C 1.4
  • Windows® 7 və 10

Funksional proqramlar

  • Vynamic Software Suite proqram çözümləri
  • .iQ Family proqram çözümləri

Divardakı oyuğun ölçüləri (hündürlük, en, dərinlik)

  • 1483 mm x 800 mm x 984 mm

Bizim layihələrimiz

Xidmətlər

Xəbərlər

Abunə ol