Diebold Nixdorf DN 200H

DN Series 200H qapalı məkanda istifadə üçün nəzərdə tutulmuş nağd pulu təkrar emal etmə (Recycling) sistemli və özünəxidmət bank kanalının inkişafı üçün geniş imkanlar təqdim edən yığcam bankomatdır.

DN 200H bankomatı, 4-cü nəsil təkrar emal modulu – RM4H ilə təchiz edilmişdir. Bu gün müştərilərə çox sayda əsginası mümkün qədər tez çıxarmaq və ya yatırmaq imkanı verən ən etibarlı nağd təkrar sistemdir.

Diebold Nixdorf, DN Series 200 bankomatının yenilikçi və innovativ dizaynına görə prestijli beynəlxalq Red Dot: Product Design mükafatına layiq görülmüşdür.

Faydalar

İnteqrasiya imkanları

Müasir proqram təminatının istifadəsi sayəsində bankomatların bu modeli elektron bank kanalları (mobil bankçılıq, İnternet bankçılıq) vasitəsi ilə təqdim olunan bütün xidmətlər üzrə effektiv fiziki xidmət nöqtəsinə çevrilə bilər. Bu, çoxkanallı bankçılıq konsepsiyasının həyata keçirilməsinə imkan yaradır.

Yenilik

DN Series 200H, özünəxidmət cihazının funksionallığını əhəmiyyətli dərəcədə genişləndirən təmassız kart oxuyucusu və QR kod skaneri ilə təchiz edilə bilər.

Etibarlılıq

Müasir nağd təkrar emal modulu (Recycling) və yüksək keyfiyyətli komponentlər, xidmətlərin mövcudluğuna zəmanət verən və terminal şəbəkəsinə xidmət xərclərini əhəmiyyətli dərəcədə azaldan cihaz nasazlığa dözümlülüyünün maksimum səviyyəsini təmin edir.

Əlavə funksiyalar

Cihaz funksionallığını genişləndirməyə imkan verən proqram çözümləri quraşdırmağa hazırdır. DN Series 200H ilə banklar müştərilərinə daha çox seçim təklif edə bilər: kartsız identifikasiya, mal, xidmət və rüsum ödəmə, valyuta mübadiləsi və s.

Effektivlik

Bankomatda yüksək tutumlu kasetlər istifadə olunur, bu da pul yığımları (inkassasiya) arasındakı vaxtın artmasına imkan yaradır və eyni zamanda özünə xidmət cihazının yüksək səviyyədə əlçatımlı olmasını təmin edir.

Təhlükəsizlik

Həm avadanlıq, həm də proqram səviyyələrində tətbiq olunan çoxqatlı təhlükəsizlik sistemi cihazı ən çox yayılan fiziki və kiber hücumlardan qoruyur.

Cihazın xüsusiyyətləri

Recycling modulu

  • RM4H – 4-cü nəsil nağd pulun təkrar emalı modulu
  • Əməlliyat başına 300 əsginas depozit/çıxarılma
  • 5 kasetə qədər işlənilməsi (4 Recycling kasetləri + All-in rejimdə nağd pul qəbul etmək üçün 1 yüksək tutumlu kaset)
  • Recycling kasetin maksimum dolğunluq səviyyəsi – 300 mm
  • All-in kasetin maksimum dolğunluq səviyyəso – 500 mm
  • CCMS (Cash Cycle Management Solutions) funksiyasını dəstəkləyən kasetlər
  • Unudulmuş və rədd edilmiş əsginasların saxlanılması üçün ayrı xanalar
  • Nağd pul qəbulu yuvasında yad cisim detektoru
  • Qanunvericilik tələblərinə uyğun olaraq əskinasların təsdiqlənməsi

Sikkə çıxarma modulu (istəyə bağlı)

  • 4 sikkəyədək nominalın çıxarılması

Fiziki təhlükəsizlik

  • Müştərinin üzünü təyin etmə, nağd pulun çıxarılması və bankomatın yerləşdiyi zonanı qeyd etmə kameraları
  • UL 291 Level 1, CEN I – IV, CEN I EX Gas, CEN III EX Gas, CEN IV EX Gas seyfləri
  • Proaktiv həyəcan siqnalizasiya sistemi
  • Qeyri-qanuni manipulyasiyaya qarşı kart oxuyucusunun və pul paylayıcı yuvaların müdafiəsi
  • Elektron və ya mexaniki seyf kilidlər
  • Recycling modulunun kilidləmə mexanizmi
  • Depozit və ya pul çıxarma zamanı nağd pulun tutulmasına qarşı sistem (Anti Cash Trapping)
  • Qaz və partlayıcı maddələrdən istifadə etməklə baş verən oğurluğa qarşı müdafiə

İstifadəçi məlumatlarının təhlükəsizliyi

  • Arxa görüş güzgüsü
  • Müasir PIN pad
  • PIN pad ortüyü
  • Secure Pack 1, 2, 3 və ya ActivEdgeTM antiskimming cihazlarlın quraşdırılması

Kiber təhlükəsizlik

  • Yalnız etibarlı cihazların qoşulması
  • Cihazın rabitə kanalının təməl müdafiəsi
  • Xidmət işçilərinin CrypTA Stick vasitəsilə avtorizasiyası
  • DN VynamicTM Security Suite proqram həlləri
  • TPM Modulu (ISO/IEC 11889 standardlarına uyğun)

Ekran

  • Funksiya düymələri və(ya) toxunuşlu 15″ ekran
  • 19″ şaquli və ya üfüqi toxunma ekranı
  • Ekranın vandallara qarşı qoruyucusu
  • Toxunma ekranları üçün multitouch funksiyasına dəstək
  • Standart və ya yüksək parlaqlıqlı monitor
  • Mətnin kənardan oxunmasına mane olan ekran örtüyü

Bankomatın kompüteri

  • Intel® Celeron i3 və ya i5 prosessoru
  • Intel AMT (Active Management Technology) texnoloqiyası
  • HDD/SSD yaddaş
  • DVD vasitəsi ilə məlumat ötürmə qabiliyyəti

Müştəri ilə əlaqə

  • Qulaqlıq üçün yuva
  • İkitərəfli video və səs rabitəsi (kamera və mikrofon)
  • Kart oxuyucusunun və pul paylama yuvasının işıqlandırması

İdentifikasiya

  • Motorlu kart oxuyucusu (EMV Sertifikatı)
  • Hibrid DIP kart oxuyucu (EMV Sertifikatı)
  • Kontaktsız kart oxuyucu (EMV Sertifikatı)
  • Barkod skaneri 1D/2D
  • Barmaq izi skaneri

Printer

  • Termal printer (80 mm)
  • Jurnal printeri
  • Ön və ya arxa yükləmə
  • Servis üçün 10.1” ekran

Sistem proqramı

  • ProBase/C 1.4
  • Windows® 7 və 10

Funksional proqramlar

  • Vynamic Software Suite proqram həlləri
  • .iQ Family proqram həlləri

Bankomatın ölçüləri (en, uzunluq, hündürlük)

  • 1445 mm x 450 mm x 1035 mm (UL)
  • 1445 mm x 500 mm x 1035 mm (CEN)

Bizim layihələrimiz

Xidmətlər

Xəbərlər

Abunə ol