DN Series 100D bankomatı, qapalı məkanda istifadə üçün nəzərdə tutulmuş nağd pul çıxarma funksiyalı yığcam özünəxidmət cihazıdır. Bankomatın bu modelini quraşdırdığınız zaman, öz müştərilərinizə nağd pul əldə etmək üçün ən rahat imkan yarada biləcəksiniz.
Bankomat öz yığcam ölçüləri sayəsində hətta kiçik bank filiallarında, pərakəndə satış nöqtələrində və digər ictimai yerlərdə ideal yerləşdirməyə yararlıdır. Cihazın müasir dizaynı və intuitiv interfeysi bu bankomatın istifadəsini sadə və rahat edir.
Bankomat identifikasiya imkanlarını genişləndirməyə imkan verən NFC oxuyucu və QR kod skaneri ilə quraşdırıla bilər. Həmçinin, bu distans bank xidmət kanalları (mobil və internet bankçılıq) mövcud olan bankomatları birləşdirməklə cihazda bir sıra əlavə funksiyalar həyata keçirməyə imkan verir.
Bankomatda beşədək yüksək tutumlu kaset istifadə olunur, bu da pul yığımları (inkassasiya) arasındakı iş müddətini artırmağa və göstərilən xidmətlərin əlçatımlılığını artırmağa imkan verir.
Cihaz, bankomatın funksionallığını genişləndirən, fiziki və kiber hücumlardan qorunmanı təmin edən müasir proqram çözümləri ilə işləməyə hazırdır və istənilən maliyyə qurumunun infrastrukturuna asanlıqla inteqrasiya edilə bilər.
Komponentlərin və bankomatın əsas bölmələrinin yığılmasının yüksək keyfiyyəti, cihazın nasazlığa dözümlülüyünün maksimum səviyyəsini təmin edir, bu da xidmətlərin daimi mövcudluğuna imkan verir və terminal şəbəkəsinə xidmət xərclərini xeyli azaldır.
Ən çox yayılan fiziki və kiber hücumlara qarşı çoxsəviyyəli qorunma.
Zəhmət olmasa formanı doldurun və bizim ekspertlərimiz qısa zamanda siznən əlaqə saxlayacaqlar..
Qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
Bu səhifəni oxumağa üçün, istədiyiniz dili seçin.
Bu səhifəni oxumağa üçün, istədiyiniz dili seçin.
Abunə olmaq üçün bu formanı doldurun.
Qısa zamanda sizinlə əlaqə saxlayacağıq.