Şirkət haqqında xəbərlər

Yeni interfeys və NFC ilə: Azər Türk Bank yeni nəsil özünəxidmət cihazlarını təqdim etdi


BS/2 mütəxəssisləri Azər Türk Bank-ın komandası ilə birlikdə Diebold Nixdorf-un DN Series bankomatlarında çoxfunksiyalı VCP Pro (ProFlex4) platformasının tətbiqini başa çatdırıblar. Bütün cihazlar təmassız əməliyyatları dəstəkləyir və rahat istifadəçi interfeysinə malikdir.
VCP Pro (ProFlex4) ilə özünəxidmət cihazlarının ekranları daha sadə və istifadəsi daha rahat, aydın və cəlbedici oldu.

VCP Pro müasir bankomatlar üçün yeni imkanlar açır

Azər Türk Bank texniki parkını Diebold Nixdorf DN Series çoxfunksiyalı özünəxidmət cihazları ilə artırmaqda davam edir. Hazırda 10 belə bankomat istifadəyə verilmişdir.
VCP Pro (ProFlex4) sisteminin tətbiqi üzrə işlər Azər Türk Bankın bankomatlarında 2022-ci il ərzində aparılıb. Artıq 2023-cü ilin yanvarında BS/2 mütəxəssisləri bank komandası tərəfindən hazırlanmış müasir korporativ üslublu dizaynı bütün mövcud cihazlara uyğunlaşdırdılar.

VCP (Vynamic Connection Points) ProCash və ProFlex4 məhsullarının yeni buraxılışı nəticəsində ortaya çıxan proqram həlləri qrupudur. Adın dəyişdirilməsi nəticəsində yenilənmiş həllər VCP Lite və VCP Pro adlandırıldı.

Azər Türk Bank Azərbaycanda fiziki bankdan rəqəmsal banka keçidin aydın şəkildə göstərildiyi ilk bank olub: yeni bankomatlarda kart oxuyucuları yoxdur və nağd pulun çıxarılması və yerləşdirilməsi üçün onlar NFC modulu ilə təchiz olunub. Müştərilərin rahatlığı üçün yeni bankomatlar Bakıda, sərnişin axını çox olan metro stansiyalarında – Əhmədli, Nəriman Nərimanov, 28 May, İnşaatçılarda – quraşdırılıb.

Azərbaycanda bank kartı istifadiçəlirin sayı artmaqdadır. 2022-ci ildə Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, dövriyyədə olan ödəniş kartlarının sayı 20%-dən çox artıb. Bununla yanaşı, müştərilər nəinki kartlardan, həm də smartfonlardan, həmçinin NFC-ni dəstəkləyən saatlardan istifadə etməklə, təmassız ödəniş və ya nağd pul mədaxil üsuluna getdikcə daha çox üstünlük verirlər.

“Biz, ATM-lərdə əvvəldən quraşdırılmış funksionallıqı da saxlamaqla VCP Pro-nu bankomatlarda tətbiq etdik. BS/2 Azərbaycan şirkətinin direktoru İlqar Həsənov qeyd edir ki, qurğular yeni imkanlarla birgə öz standart funksiyalarını yerinə yetirməyə davam edir. Hımçinin gələcəkdə, VCP Pro-dan istifadə edən istənilən bank təklif etdiyimiz digər həlləri də həyata keçirə bilər.”

Əgər bank öz cihazlarında QR kodu və ya NFC texnologiyası vasitəsilə təmassız əməliyyatları, valyuta mübadiləsi funksiyalarını dəstəkləmək, marketinq kampaniyaları başlatmaq, istifadəçi interfeysi fərdiləşdirmək və digər müasir ATM həllərini sürətlə tətbiq etmək istəyirsə, VCP Pro (ProFlex4) istifadəsi vacibdir.

Müasir bankomatlar üçün parlaq veb-interfeys

İndiyə qədər qurğular köhnə NDC / DDC protokollarından istifadə edirdi və ekran statik JPG şəkillər toplusu idi. VCP Pro dinamik veb-əsaslı interfeyslər yaratmaqla, müştərilərlə əlaqəni fərdiləşdirməyə və əməliyyatlarda addımların sayını azaltmağa imkan verir.

Əməliyyatın əvvəlində smart bankomat istifadəçiyə adı ilə müraciət edir. Sonra ekranda tipik addımları seçə bilərsiniz, məsələn, müştərilərin ən çox çıxardıqları nağd pulun məbləğlərini seçmək, həmçinin menyu bölmələri üzrə animasiyalı naviqasiya.

“Azər Türk Bank”da layihənin məqsədlərindən biri müştəriyə minimum addımlarla bankomatdan istifadə etməyə imkan verən istifadəçi interfeysinin hazırlanmasıdır – Siarhei Kraiko, BS/2-də Proqram məhsullarının inkişafı şöbəsinin rəhbəri deyir. VCP Pro həllinin tətbiqi istifadəçi təcrübəsini inkişaf etdirmək, təkmilləşdirmək və özünəxidmət kanallarına yeni funksiyalar əlavə etmək üçün bankomatlardan smart cihazlar kimi istifadə edilməsində böyük bir səyahətin başlanğıcıdır.”

Növbəti mərhələ FCX.iQ və ATMeye.iQ NG layihələrin icrasıdır

2022-ci ildə Azər Türk Bank Azərbaycanın ən sürətlə inkişaf edən banklarından biri oldu. Bu maliyyə institutunun aktivləri 2,4 dəfə artaraq 965 milyon manat (507 milyon avrodan çox) təşkil edib.

“Bankımızın strateji məqsədi müasir maliyyə texnologiyalarının tətbiqi yolu ilə prosesləri optimallaşdırmaq və bank innovasiyalarını inkişaf etdirməkdir”, – Azər Türk Bankın Prosessinq Mərkəzinin şöbə rəhbəri Anar Qasımov qeyd edir. “Bizim məqsədimiz bankımız haqqında stereotipik təsəvvürü dəyişdirmək və onu müştərilərinə yüksək keyfiyyətli xidmətlər göstərən rəqəmsal maliyyə supermarketinə çevirməkdir”.

Hazırda Azər Türk Bankın ATM şəbəkəsi daha bir neçə BS/2 proqram təminatı məhsulunu, o cümlədən FCX.iQ valyuta mübadiləsi həllini və ATMeye.iQNG müştəri mübahisələrinin həlli və təhlükəsizlik sistemini tətbiq olunur.

Hər hansı bir sualınız varsa

Xəbərlər

Abunə ol