Face Detection və Face Recognition – bank sahəsi və pərakəndə ticarət sahəsi üçün ATMeyeşiQ özünəxidmət qurğularının təhlükəsizliyinin təmin edilməsi üçün proqram platforması bazaslnda işləyən biometrik həllərdir.
Face Detection biometrik həlli əməliyyatın aparılması zamanı şəxsin terminalın qarşısında olmasını müəyyən etmək üçün istifadə olunur. Üzün deteksiyası funksiyası videokamera ilə təchiz edilmiş istənilən özünəxidmət bank qurğusunda realizə edilə bilər və dələduzluq hərəkətlərinin qarşısının alınması aləti kimi istifadə oluna bilər.
Face Recognition biometrik həlli özünəxidmət qurğularında avtorizasiya üçün insan obrazını istifadə edə bilər və avtorizasiyanın həm əsas, həm də əlavə vasitəsi qismində çıxış edə bilər.
Face Detection terminal şəbəkələri bəzi məntiqi hücum növlərindən müdafiə edə bilir.Əgər tranzaksiyadan əvvəl Face Detection köməyi ilə bankomatın qarşısında üz açşkar olunmursa, ona terminal xidməti dayandırır. İstifadəçi hər hansı səbəbdən üzünü kameradan gizlədirsə (məsələn oğurluq kartdan istifadə etmək istəyirsə), aşağıdakı senarilərdən biri həyata keçirilə bilər: terminalın söndürülməsi, istifadəçiyə xəbərdarlıq məktubu, təhlükəsizlik xidmətinə həyəcan məlumatının göndərilməsi və s. Bundan əlavə, Face Recognition funksiyasının köməkliyi ilə biometrik avtorizasiya müştərinin ikiamilli autentifikasiyası prosedurunun tətbiqinə və bank kartlarının (skimminq, trappinq və s.) istifadəsi ilə bağlı risklərdən yayınmağa imkan yaradır.
Multiple Face Detection əlavə funkiyası terminal qurğunun qarşısında həmin an neçə nəfərin olmasını müəyyən etməkyə imkan verir. Əgər sistem bir nəfəri aşkar edirsə, vrilmiş senarilərdən biri işə düşür: terminalın ekranında işin davam etdirilməsi üçün sorğu ilə xəbərdaredici məlumat görünür, və ya xidmətdən imtina və təhlükəsizlik xidmətinin əməkdaşının məlumatlandırılması ilə ssenari aktivləşir. Bu opsiya kənar şəxslər tərəfindən PİN-kodun oğurlanması riskini azaltmağa imkan verir.
Face Recognition sayəsində özünəxidmət qurğusunda əlavə ödəniş alətləri istifadə olunmadan maliyyə təşkilatlarının müştərilərinin avtorizasiyası realizə oluna bilər. Bu yalnız terminalda xidmət vaxtını azatmır, həm də istifadəçini kartı özü ilə gəzdirmək, PİN-kodu yadda saxlamaq və s. zərurətindən qurtarır. Bankomatlarda istifadəçilərin üz ilə avtorizasiyası bir səra dələduzluq hərəkətlərini (məsələn özgənin kartının istifadəsi) aradan qaldırılmasına imkan verir.
Üzün tanınması və biometrik identifikasiyanın digər üsulları yalnız müştərilərin avtorizasiyası üçün deyil, həm də terminal parka xidmət edən servis əməkdaşlarının və inkassatorların şəxsiyyətinin təsdiq edilməsi üçün istifadə oluna bilər. Biometrik avtorizasiya roseduru işə başlamazdan əvvəl hər bir komkret əməkdaş üçün terminalın avadanlıqlarına və proqram təminatına çıxış səviyyəsini müəyyən edir.
ATMeye.iQ proqram təminatı çərçivəsində istifadəçilərin üzləri haqqında informasiya tranzaksiyaya bağlılıqla saxlanılır, daha doğrusu zəruri hallarda bazada bu və ya digər əməliyyatı yerinə yetirən insanın üzünün təsvirini tapmaq mümkündür. Bu məlumat bazasında tranzaksiyalar haqqında zəruri informasiyanın axtarışı zamanını azaltdığına görə özünəxidmət terminallarının istifadəçiləri ilə disput icazələrini tezləşdirməyə imkan verir.
Biometrik məlumatların toplanması sistemi ilə inteqrasiya özünəxidmət qurğularında kreditlərin və mikroborcların verilməsi prosedurunu avtomatlaşdırmağa imkan yaradır. Sistem kredit skorinqi mərhələsində risklərin minimallaşdırılması üçün bank tərəfindən istifadə oluna bilən əlavə biometrik profillərlə borcluların vahid məlumat bazasının fərmalaşdırılması üçün imkan təqdim edir.
Müştəri proqram təminatını dəstini və zəruri periferik avadanlıq dəstini müəkiyyətinə alır. Proqram həlli müştərinin infrastrukturunda yerləşdirilir.
Müştəri icarə hüququ ilə lazımi proqram komponentlərini və avadanlıqlarını istifadə edir. Proqram təminatı BS/2 infrastrukturunda yerləşdirilir.
Müştəri BS/2 şirkətinə terminal şəbəkənin videomonitorinqini və insidentlər üzrə hesabatın tərtib olunmasını autsorsinqə təqdim edir.
Strateji istiqamət üzrə direktor müavini
Zəhmət olmasa formanı doldurun və bizim ekspertlərimiz qısa zamanda siznən əlaqə saxlayacaqlar..
Qısa zamanda sizinlə əlaqə saxlayacağıq.
Bu səhifəni oxumağa üçün, istədiyiniz dili seçin.
Bu səhifəni oxumağa üçün, istədiyiniz dili seçin.
Abunə olmaq üçün bu formanı doldurun.
Qısa zamanda sizinlə əlaqə saxlayacağıq.