Bankomatların təhlükəsizliyi

Bu gün özünəxidmət qurğularının təhlükəsizliyi – bank sənayesinin zəruri standartıdır. Bankomatlara hücumların sayı və onlardan zərərin miqdarı ilbəil artır, cinayətkarlaq pulların, çüştərilərin və ya bank əməkdaşlarının şəxsi məlumatlarını oğurlamaq üçün daha geniş təsir metodlarından istifadə edirlər, buu zaman cinayətkarların təqibi daha çətin olur. Yalnız skimminqdən zərər hər il 2 milyard dollardan çox təşkil edir, bankomatlara fiziki hücumlardan itki isə Avropada ildə 60 milyard dollara çatır.

Özünəxidmət bank qurğularının təhlükəsizliyini lazımi səviyyədə saxlamaq üçün terminalların müxtəlif növlü həmlələrdən hərtərəfli müdafiəsini təmin edən kompleks yanaşma lazımdır. Terminal şəbəkələrin sahibləri bu məqsədlə proqram-aparat həllərinin və fiziki təsirdən müdafiə vasitələrinin müxtəlif kombinasiyalarından istifadə edirlər.

Bizim bankomatların təhlükəsizliyi üzrə həllərimizi bu sahədə ən yaxşı dünya təcrübələri istifadə edir və bu zaman regional bazarların spesifik xüsusiyyətləri nəzərə alınır.

Optimallaşdırma sahələri

Bank avadanlıqlarının və bankomatda olan nağd pulların sığortasına xərclər

Bankın təhlükəsizlik xidmətinin yüklülüyü

Özünəxidmət qurğularına həmlələrin nəticələrinin aradan qaldırılması üçün xərclər

Qurğular parkının işini idarə edən operatorun işinin effektivliyi

Bankın maliyyə və etibarının stabilliyinin dəstəklənməsi

Mübahisəli vəziyyətlərin və disputların həlli prosesinin təşkili

Bankomatlara fiziki hücumlar

Dünyanın əksəriyyət ölkələrində bankomatlara hücumun ən geniş yayılmış növü özünəxidmət qurğuları ilə fiziki manipulyasiya qalır: bankomatın və ya onun seyfinin sındırılması, mişarlanması, terminalın özünün öğurlanması və s. Bu zaman, hətta uyğursuzluq hallarında belə çox bahalı olan bank avadanlığına böyük zərər vurulur, bu sə bir neçə gün və hətta həftə ərzində onun istismarını qeyri-mümkün edir.

Videomüşahidə platformasının tətbiqi videokameraların, xüsusi sensor dəstlərinin (qaz, temperatur, hərəkət datçikləri) və bankomatlarda skimminq qurğularının quraşdırılmasına mane olan antiskimmerlərin köməkliyi ilə bankomatdan bilavasitə yaxın məsafədə törədilən bütün şübhəli hərəkətlər haqqında məlumatları əldə etməyə imkan yaradır.

Bankomatlara məntiqi hücum (cekpottinq və s.)

Məntiqi hücumların töədilməsi üçün cinayətkarlar bankomatın kompüterinə terminallarda olan nağd pulların verilməsinə təşəbbüs edən xüsusi zərərverici proqram təminatı quraşdırırlar. Həmin PT məsafədən və ya bəzi fiziki manipulyaiyadan sonra özünəxidmət qurğusuna birbaşa qoşulan xarici məlumat toplayıcısı vasitəsilə quraşdırılır.

Xidmət qurğularının məntiqi hücumlardan müdafiəsi üçün bankomatın kompüterində saxlanan və onun tərəfindən ötürülən məlumatları şifrələməyə imkan verən xüsusi proqram həllərindən, həmçinin terminallarda avtomatlaşdırılmamış proqramların və proseslərin işə salınmasını dayandıran PT istifadə olunur.

Şəxsi məlumatların oğurlanması (skimminq, şimminq, trappinq)

Şəxsi məlumatların oğurlanması üçün cinayətkarlar bankomatın kartriderinə, klaviaturasına və ya dispenserinə quraşdırılan xüsusi qurğulardan istifadə edirlər: skimmerlər, şimmerlər, kartlar və nağd pullar üçün tələlər və s. Skimmerlər tranzaksiya zamanı maqnit zolaqlarla kartların məlumatlarını oxuyurlar, şimmerlər – çipdə yazılan məlumatları oxuyurlar. İnformasiya oğurluğu krtın dublikatının yaradılması üçün istifadə olunur.

Terminallarla bağlı daha bir dələduzluq növü – trappinqdir. Cinayətkarlar qabaqcadan kartriderə xüsusi ilgək-tələ (card-trapping) quraşdıraraq kartı ələ keçirirlər, və ya nağd pul dispenserinə belə tələni quraşdıraraq, nağd pulları oğurlayırlar (crash-trapping).

Özünəxidmət bank qurğularının istehsalçıları terminalları istifadəçilərin kartlarından şəxsi məlumatların oğurlanmasınamane olan xüsusi qurğularla təchiz edirlər (antiskimmerlər və s.), həmçinin simsiz məlumat ötürmə texnologiyalarını aktiv inkişaf və tətbiq edirlər. Autentifikasiya zamanı əlavə təhlükəsizlik tədbirlərini həmçinin ixtiaslaşdırılçışproqram həlləri, o cümlədən kompleks videomüşahidə sistemləri təmin edirlər.

Üstünlükləri

Özünəxidmət qurğularının təhlükəsizliyinin təmin edilməsinə xərclərin azaldılması

Bankomatlara hücumların nəticələrinin aradan qaldırılmasına xərclərin azaldılması

Etibar itkilərinin qarşısının alınması

Təhlikəsizlik xidmətinin işinin və mübahisəli vəziyyətlərin həlli prosesinin sadələşdirilməsi

Bankomatlar parkının idarə edilməsinin optimallaşdırılması

Əlaqədar məhsullar

Bizim layihələrimiz

Xəbərlər

Abunə ol