Diebold Nixdorf DN 470C

DN Series 470C – nağd pul çıxarma funksiyalı açıq məkanda (küçədə) yerləşdirmək üçün nəzərdə tutulan çoxfunksiyalı bankomatdır (Drive-Up). DN SeriesTM 470C-in köməyi ilə müştərilərinizə daha rahat xidmətlər və imkanlar təqdim edə bilərsiniz. Müasir proqram çözümləri sayəsində bank filialının gündəlik əməliyyatlarının bir hissəsini bankomata köçürmək olar ki, bununla da maliyyə qurumlarının işçilərinin hər bir müştəriyə daha çox diqqət yetirməsinə imkan yaranacaqdır.

DN SeriesTM 470C bankomatı yüksək işləmə qabiliyyətini və bu cihazın özünəxidmət mövcudluğunu təmin edən CMD-V6C paylayıcı (dispenser) ilə təchiz edilmişdir.

Faydalar

Fərdiləşdirmə imkanları

Müasir dizayn, asan (intuitiv) interfeys və istifadə olunan proqram çözümləri sayəsində istifadəçi rahat özünəxidmət cihazı əldə edir ki, bunun sayəsində bank ona lazımi olan fərdiləşdirilmiş xidmətlər təklif edə bilir.

Etibarlılıq

Komponentlərin və bankomatın əsas bölmələrinin yığılmasının yüksək keyfiyyəti cihazın nasazlığa dözümlülüyünü maksimum səviyyədə təmin edərək, xidmətlərin mövcudluğuna zəmanət verir və terminal şəbəkəsinə xidmət xərclərini əhəmiyyətli dərəcədə azaldır.

Effektivlik

Bankomatda yüksək tutumlu kasetlər istifadə olunur, bu da pul yığımları (inkassasiya) arasındakı vaxtın artmasına imkan yaradır və eyni zamanda özünə xidmət cihazının yüksək səviyyədə əlçatımlı olmasını təmin edir.

Yenilik

DN SeriesTM 470C, qəpik paylayıcısı, təmassız kart oxuyucusu və özünə xidmət cihazının funksionallığını əhəmiyyətli dərəcədə genişləndirən QR kod skaneri ilə təchiz edilə bilər.

İnteqrasiya imkanları

Müasir proqram istifadəsi sayəsində bu modelin bankomatları elektron bank kanalları (mobil bankçılıq, İnternet bankçılıq) vasitəsi ilə təqdim olunan bütün xidmətləri effektiv fiziki xidmət nöqtəsinə çevirə bilir. Bu, çoxkanallı bankçılıq konsepsiyasının həyata keçirilməsini təmin edir.

Təhlükəsizlik

Həm avadanlıq, həm də proqram səviyyələrində tətbiq olunan çoxsəviyyəli təhlükəsizlik sistemi cihazı ən çox yayılan fiziki və kiber hücumlardan qoruyur.

Cihazın xüsusiyyətləri

CMD-V6C nağd paylayıcı

  • Əməlliyat başına 110-dək əsginasın depozit/çıxarılması
  • 4 kasetədək istifadə
  • Kasetin maksimum dolğunluq səviyyəsi – 300 mm
  • Unudulmuş və rədd edilmiş əsginasların saxlanılması üçün kaset
  • CCMS (Cash Cycle Management Solutions) funksiyasını dəstəkləyən kasetlər
  • Rədd edilmiş əsginaslar üçün ayrı xana

Sikkə paylama/qəbul etmə modulu

  • 4 sikkəyədək nominalların paylanması

Fiziki təhlükəsizlik

  • Müştərinin üzünü təyin edən, əsginas paylayıcısını və bankomatın yerləşdiyi zonanın qeyd edən kameralar
  • UL 291 Level 1, CEN I seyfləri
  • Proaktiv həyəcan siqnalizasiya sistemi
  • Qeyri-qanuni manipulyasiyaya qarşı kart oxuyucusu və pul paylayıcı yuvaların müdafiəsi
  • Elektron və ya mexaniki seyf kilidlər
  • Depozit və ya pul çıxarma zamanı nağd pulun tutulmasına qarşı sistem (Anti Cash Trapping)
  • Qaz və partlayıcı maddələrdən istifadə edərək oğurluğa qarşı müdafiə

İstifadəçi məlumatlarının təhlükəsizliyi

  • Arxa görüş güzgüsü
  • Müasir PIN pad
  • Secure Pack 1, 2, 3 və ya ActivEdgeTM antiskimming cihazlarlın quraşdırılması

Kiber təhlükəsizlik

  • Yalnız etibarlı cihazların qoşulması
  • Cihazın rabitə kanalının təməl müdafiəsi
  • Xidmət işçilərinin CrypTA Stick vasitəsilə avtorizasiyası
  • DN VynamicTM Security Suite proqram həlləri
  • TPM Modulu (ISO/IEC 11889 standardlarına uyğun)

Ekran

  • Funksiya düymələri və (ya) toxunuşlu 15″ ekran
  • 19″ şaquli və ya üfüqi toxunma ekranı
  • Ekranın vandallara qarşı qoruyucusu
  • Toxunma ekranları üçün multitouch funksiyasına dəstək
  • Yüksək parlaqlıqlı monitor
  • Mətnin kənardan oxunmasına mane olan ekran örtüyü

Bankomatın kompüteri

  • Intel® Celeron i3 və ya i5 prosessoru
  • Intel AMT (Active Management Technology) texnoloqiyası
  • HDD/SSD yaddaş
  • DVD vasitəsi ilə məlumat ötürmə qabiliyyəti

Müştəri ilə əlaqə

  • Qulaqlıq üçün yuva
  • İkitərəfli video və səs rabitəsi (kamera və mikrofon)
  • Kart oxuyucusunun və pul paylama yuvasının işıqlandırması

İdentifikasiya

  • Motorlu kart oxuyucusu (EMV Sertifikatı)
  • Hibrid DIP kart oxuyucu (EMV Sertifikatı)
  • Kontaktsız kart oxuyucu (EMV Sertifikatı)
  • Barkod skaneri 1D/2D

Printer

  • Termal printer (80 mm)
  • Arxa yükləmə
  • Servis üçün 10.1” ekran

Sistem proqramı

  • ProBase/C 1.4
  • Windows® 7 və 10

Funksional proqramlar

  • Vynamic Software Suite proqram çözümləri
  • .iQ Family proqram çözümləri

Divardakı oyuğun ölçüləri (hündürlük, en)

  • 638 mm x 660 mm

Bizim layihələrimiz

Xidmətlər

Xəbərlər

Abunə ol