Diebold Nixdorf DN 450H

DN Series 450H, nağd təkrar emaletmə (Recycling) sistemli, divarlararası məkanda quraşdırılmaq üçün nəzərdə tutulmuş və özünəxidmət bank kanalının inkişafı üçün geniş imkanlar yaradan çoxfunksiyalı bankomatdır. DN SeriesTM 450H-ın yardımı ilə yalnız fiziki şəxslərə deyil, həm də kiçik və orta sahibkarlara da daha rahat xidmətlər və servislər təklif edə bilərsiniz.

DN Series 450H bankomatı, 4-cü nəsil təkrar emal modulu – RM4H ilə təchiz edilmişdir. Bu gün etibarilə müştərilərə çox sayda əsginası mümkün qədər tez çıxarmaq və ya yatırmaq imkanı verən ən etibarlı nağd təkrar emal etmə (Recycling) sistemidir.

Faydalar

Fərdiləşdirmə imkanları

Müasir dizayn, asan (intuitiv) interfeys və istifadə olunan proqram çözümləri sayəsində istifadəçi rahat özünəxidmət cihazı əldə etmiş olur ki, bunun sayəsində bank ona fərdiləşdirilmiş xidmətlər təklif edə bilir.

Etibarlılıq

Müasir nağd təkrar emal etmə modulu (Recycling) və yüksək keyfiyyətli komponentlər cihazın nasazlığa dözümlülüyünü maksimum səviyyədə təmin edərək, xidmətlərin mövcudluğuna zəmanət verir və terminal şəbəkəsinə xidmət xərclərini əhəmiyyətli dərəcədə azaldır.

Effektivlik

Bankomatda yüksək tutumlu kasetlər istifadə olunur ki, bu da pul yığımları (inkassasiya) arasındakı vaxtın artmasına imkan yaradır və eyni zamanda özünə xidmət cihazının yüksək səviyyədə əlçatımlı olmasını təmin edir.

Yenilik

DN Series 450H, sikkə paylayıcısı, təmassız kart oxuyucusu və özünəxidmət cihazların funksiyanallığını əhəmiyyətli dərəcədə genişləndirən QR kod oxuyucusu ilə təchiz edilə bilər.

İnteqrasiya imkanları

Müasir proqram təminatının istifadəsi sayəsində bankomatların bu modeli elektron bank kanalları (mobil bankçılıq, İnternet bankçılıq) vasitəsi ilə təqdim olunan bütün xidmətləri effektiv fiziki xidmət nöqtəsinə çevirə bilər. Bu, çoxkanallı bankçılıq konsepsiyasının həyata keçirilməsini təmin edir.

Təhlükəsizlik

Həm avadanlıq, həm də proqram səviyyələrində tətbiq olunan çox qatlı təhlükəsizlik sistemi cihazı ən çox yayılan fiziki və kiber hücumlardan qoruyur.

Cihazın xüsusiyyətləri

Recycling modulu

  • RM4H – 4-cü nəsil nağd pulun təkrar emalı modulu
  • Əməlliyat başına 300-dək əsginasın depozit/çıxarılması
  • 5 kasetədək istifadə(4 Recycling kasetləri + nağd pul qəbul etmək üçün 1 kaset)
  • Recycling kasetin maksimum dolğunluq səviyyəsi – 300 mm
  • All-in kasetin maksimum dolğunluq səviyyəsi – 500 mm
  • CCMS (Cash Cycle Management Solutions) funksiyasını dəstəkləyən kasetlər
  • Unudulmuş və rədd edilmiş əsginasların saxlanılması üçün ayrı xanalar
  • 4 nominala qədər emal etmə
  • Nağd pul qəbulu yuvasında yad cisim detektoru
  • Qanunvericilik tələblərinə uyğun olaraq əskinasların təsdiqlənməsi

Sikkə paylama/qəbul etmə modulu

  • 4 sikkəyədək nominalların paylanması
  • 8 sikkəyədək nominalların paylanması (istəyə bağlı)

Fiziki təhlükəsizlik

  • Müştərinin üzünü təyin etmə, əsginas paylayıcısını və bankomatın yerləşdiyi zonanı qeyd edən kameralar
  • UL 291 Level 1, CEN I – IV, CEN I EX Gas, CEN III EX Gas, CEN IV EX Gas seyfləri
  • Proaktiv həyəcan siqnalizasiya sistemi
  • Qeyri-qanuni manipulyasiyaya qarşı kart oxuyucusu və pul paylayıcı yuvaların müdafiəsi
  • Elektron və ya mexaniki seyf kilidlər
  • Recycling modulunun kilidləmə mexanizmi
  • Depozit və ya pul çıxarma zamanı nağd pulun tutulmasına qarşı sistem (Anti Cash Trapping)
  • Qaz və partlayıcı maddələrdən istifadə etməklə oğurluğa qarşı müdafiə

İstifadəçi məlumatlarının təhlükəsizliyi

  • Arxa görüş güzgüsü
  • Müasir PIN pad
  • PIN pad ortüyü
  • Secure Pack 1, 2, 3 və ya ActivEdgeTM antiskimming cihazlarlın quraşdırılması

Kiber təhlükəsizlik

  • Yalnız etibarlı cihazların qoşulması
  • Cihazın rabitə kanalının təməl müdafiəsi
  • Xidmət işçilərinin CrypTA Stick vasitəsilə avtorizasiyası
  • DN VynamicTM Security Suite proqram həlləri
  • TPM Modulu (ISO/IEC 11889 standardlarına uyğun)

Ekran

  • Funksiya düymələri və (ya) toxunuşlu 15″ ekran
  • 19″ şaquli və ya üfüqi toxunma ekranı
  • Ekranın vandallara qarşı qoruyucusu
  • Toxunma ekranları üçün multitouch funksiyasına dəstək
  • Standart və ya yüksək parlaqlıqlı monitor
  • Mətnin kənardan oxunmasına mane olan ekran örtüyü

Bankomatın kompüteri

  • Intel® Celeron i3 və ya i5 prosessoru
  • Intel AMT (Active Management Technology) texnoloqiyası
  • HDD/SSD yaddaş
  • DVD vasitəsi ilə məlumat ötürmə qabiliyyəti

Müştəri ilə əlaqə

  • Qulaqlıq üçün yuva
  • İkitərəfli video və səs rabitəsi (kamera və mikrofon)
  • Kart oxuyucusunun və pul paylama yuvasının işıqlandırması

İdentifikasiya

  • Motorlu kart oxuyucusu (EMV Sertifikatı)
  • Hibrid DIP kart oxuyucu (EMV Sertifikatı)
  • Kontaktsız kart oxuyucu (EMV Sertifikatı)
  • Barkod skaneri 1D/2D
  • Barmaq izi skaneri

Printer

  • Termal printer (80 mm)
  • Jurnal printeri
  • Hesab çıxarışlarını çap etmək üçün printer
  • Depozit kitabçaların çapı
  • Arxa yükləmə
  • Servis üçün 10.1” ekran

Sistem proqramı

  • ProBase/C 1.4
  • Windows® 7 və 10

Funksional proqramlar

  • Vynamic Software Suite proqram həlləri
  • .iQ Family proqram həlləri

Bankomatın ölçüləri (en, uzunluq, hündürlük)

  • 700 mm x 610 mm

Bizim layihələrimiz

Xidmətlər

Xəbərlər

Abunə ol