Payments.iQ

Payments.iQ ödəniş qəbulunun təşkili, kommunal xidmətlər, vergilər, cərimələrin ödənilməsi, hər növ elektron xidmətlərin (biletlər, yükləmə kodları, vauçerlər və s.) satışı və özünəxidmət cihazlarında pul köçürmələsi, pərakəndə bankçılığın avtomatlaşdırılması və şəbəkə bankomatlarını və özünəxidmət ödəmə terminallarının idarə etməsi üçün bit platformadır. Beləliklə, Payments.iQ çözümü ayrı bir terminalı xidmətlər üçün avtomatlaşdırılmış ödəmə nöqtəsinə çevirməyə imkan verir.

Çözüm bankların, ticarət təşkilatlarının və digər təşkilatların qurulmuş fəaliyyət mexanizmini pozmadan terminal şəbəkəsinə inteqrasiya olunur. Payments.iQ köməyi ilə hər hansı bir özünəxidmət bank cihazında (bankomatlar, ödəniş köşkləri və s.) ödənişlərin qəbulunu təşkil edə bilərsiniz və platforma eyni zamanda ödəniş əməliyyatlarını real vaxt rejimində izləmək və idarə etmək üçün geniş imkanlar yaradır.

Üüstünlüklər

Ödəmə qəbulunun avtomatlaşdırılması

Özünəxidmət cihazların funksionallığının genişləndirilməsi

Komissiya səbəbiylə əlavə mənfəətin cəlb edilməsi

Yeni müştərilərin cəlb edilməsi

Əməliyyat axınının təhlili

Terminal cihazların şəbəkəsinə qoyulan investisiyaların idarə olunması

Funksional imkanlar

Özünəxidmət cihazların funksionallığının genişləndirilməsi

Payments.iQ yeni funksiyalar əlavə edərək özünəxidmət bank cihazlarının (bankomatlar, ödəniş köşkləri və s.) funksiyasını genişləndirməyə imkan verir:

  • xidmət və malların ödənişi
  • bank hesablarının doldurulması
  • pul köçürmələri
  • bilet alışı
  • digər məhsulların alınması (sığorta, yanacaqdoldurma stansiya kartları və s.)
  • digər əməliyyatlar

Ödəniş infrastrukturunun yaradılması

Payments.iQ platforması, müxtəlif növ özünəxidmət cihazlarından istifadə edərək ödənişlərin qəbulu üçün öz infrastrukturunuzu yaratmağa imkan verir. Çözüm eyni ssenari ilə fərqli terminal cihazları ilə işləyir.

Xarici sistemlərlə inteqrasiya

Çözüm mövcud bank sistemlərinə və prosessinq mərkəzlərinə inteqrasiya edilə bilər. Payments.iQ tətbiq edildikdən sonra təşkilatın digər xidmət kanalları (İnternet bankçılıq, mobil bankçılıq və s.) vasitəsi ilə təqdim etdiyi xidmətlər və məhsullar terminal cihazlarında mövcud olacaq.

Xidmətlərin sadə əlavə edilməsi və tariflərin dəyişdirilməsi

Fərqli növ və miqdarda xidmət haqqı təyin etmə qabiliyyəti ilə sistemə yeni xidmət təminatçıları və ödəmə ssenariləri əlavə edilə bilər.

Ödəyicinin şəxsiyyətinin identifikasiyası

Sistem müxtəlif növ ödəyici tanınma dəstəkləyir: bank kartı, ödəyicinin nömrəsi, hesab nömrəsi, telefon nömrəsi, xidmət və ya kredit müqaviləsi, şəxsiyyət vəsiqəsi, biometrik məlumatlar (barmaq izi, üz tanıma və s.) və s. Ödənişdən sonra istifadəçi tamamlanmış bir ödəmə qəbzi alır, bütün hərəkətləri sistemə daxil olur.

Fərqli ödəmə üsulları

Çözüm ödəmələri müxtəlif yollarla həyata keçirməyə imkan verir: nağd pul, ödəmə kartları, mobil cihazlardan istifadə və həmçinin hesabdan pul köçürmələri. Bu, ödəyicilərə ödəmə vasitələrini seçməkdə çeviklik təmin edir və müştərilərin banka sadiqliyini artırır.

İstifadəçilərin çevik qruplaşma və icazə sistemi

Çözüm çərçivəsində əməliyyatların monitorinqi və sistemin saxlanılması üçün müxtəlif funksiyaları yerinə yetirən əvvəlcədən təyin edilmiş istifadəçi qrupları var: administrator, operator, texnoloq. Onların sistemə giriş hüquqları qruplara görə ayrılır və maliyyə təşkilatının ehtiyaclarına uyğun olaraq tənzimlənə bilər.

Terminal avadanlığının monitorinqi

Sistem özünəxidmət şəbəkəsindəki hər cihazın texniki vəziyyətini izləməyə imkan verir: nağd qəbuledicisinin dolğunluq səviyyəsi, qəbzləri çap etmək üçün kağızın mövcudluğu, sensorların işləməsi və s.

Əməliyyatların nəzarəti

Sistem real vaxtda ödəmə əməliyyatlarının keçməsini izləyir, avtomatik olaraq müxtəlif parametrlər və istəklər əsasında həyata keçirilən əməliyyatlar barədə hesabatlar yaradır.

İş zəkası sistemləri ilə inteqrasiya

Çözüm real vaxt rejimində hər bir cihazda əməliyyatlar barədə analitik məlumatlar toplamaq və ödəmə əməliyyatlarının müxtəlif parametrləri barədə hesabatlar hazırlamaq imkanı yaradır. Bütün bunlar, müəyyən bir xidmətin terminal şəbəkəsinin operatoru üçün nə qədər sərfəli olduğunu qiymətləndirməyə, optimal komissiya ölçüsünü təyin etməyə, müəyyən bir yerə quraşdırılmış bir terminala olan tələbi və eyni zamanda təxmini geri ödəmə müddətini hesablamağa imkan verir.

Kassa rejiminin dəstəyi

Sistem inkassatorların müxtəlif növ identifikasiyalarını dəstəkləyir. İnkassasiya bitdikdən sonra prosedurdakı bütün məlumatlar serverə göndərilir.

Çözümlün təqdim etmə formatları

Fərdi sistem

Müştəri proqram təminatınə öz mülkiyyəti olaraq satın alır.

Çözümün kirayəsi

Alıcıya xidmdət kimi olaraq tələb olunan funksionallıq verilir, və özünəxidmət cihazlarındaki ödənişləri müstəqil şəkildə idarə edir, proqram özü isə BS/2-yə aiddir.

İdarəetmə xidməti

Müştəri özünəxidmət cihazın vasitəsilə alınan ödənişlərin idarəetmə hüququnu BS/2-yə həvalə edir.

Bütün proqram həlləri

Bizim komandamız sizin şirkətinizə hansı məhsulların uyğun olması barədə tövsiyyələr almağa kömək edəcəkdir. Bizə “Əlaqə” düyməsi vasitəsilə məktub göndərin.

Kirill Ovsyannikov

Strateji istiqamət üzrə direktor müavini